TKT Register ©

Mat Wright, British Council Photos

Tədris Bilik və Bacarıqları üzrə İmtahan (TKT) Cambridge universitetinin bir hissəsi olan Cambridge English tərəfindən təqdim olunduğu üçün beynəlxalq səviyyədə tanınmış və yüksək standartlara malikdir.

Tədris Bilik və Bacarıqları üzrə İmtahan (TKT) imtahanına qeydiyyat imtahana təqribən altı həftə qalmış aparılır. Qeydiyyata alınmaq üçün Tədris Bilik və Bacarıqları üzrə İmtahan (TKT) ərizə formasını doldurub daha sonra bank hesabına imtahan haqqı ödənilməlidir. Daha sonra isə doldurulmuş ərizə forması, bank ödəniş qəbzi və etibarlı Şəxsiyyət vəsiqəsi az.examinations@britishcouncil.az elektron ünvanına skan edilib göndərilməlidir.

Hər modul üzrə imtahan qiyməti 175 AZN-dir.

Növbəti imtahan vaxtları barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.