IELTS imtahanlarında təhlükəsizlik bizim üçün zəruridir. Əlavə tədbir qismində, bizim imtahan xidməti heyətimiz imtahan günü pasport üslubunda namizədlərin fotoşəklini çəkir. Bu fotoşəkil Sizin nəticələrinizə əlavə olunur (buna, həmçinin, İmtahan Hesabatı Forması deyilir). Bu, icbari prosedurdur. 
Yaşı 18-dən az olan namizədlər öz valideyninin, yaxud qanuni qəyyumunun imzalanmış razılığını təqdim etməlidirlər ki, biz onların fotoşəklini çəkə bilək.