Aptis nədir?
  • Aptis sizin təşkilatın ingilis dili bacarıqlarına dair etibarlı və dəqiq nəticələr təqdim edir. Bununla da, siz işçilərin işə götürülməsi, işçi qüvvəsinin inkişaf etdirilməsi və təlim ehtiyacları ilə əlaqədar daha dolğun qərarlar qəbul edə bilirsiniz.
  • Aptis çevik və əlçatandır, buna görə də insanları tez qiymətləndirmək olur. 
  • Bu proqram həmçinin sizin tələblərə uyğun olaraq bacarıqları qiymətləndirməyə və operativ nəticə əldə etməyə imkan verir.

TESTİN STRUKTURU NECƏDİR?

  • Aptis qrammatika, söz ehtiyatı və dil bacarıqlarını qiymətləndirir (danışıq, yazı, oxu və dinləmə). Hər bir test iştirakçısı qrammatika və söz ehtiyatı üzrə test verir, daha sonra isə, sizin seçiminizə əsasən ingilis dili bacarıqları test edilir.
  • Test ümumi suallarla başlayır və daha sonra daha mürəkkəb tapşırıqlar təqdim edilir. Testin hər bir bölməsində ingilis dili üzrə A1-C səviyyələri qiymətləndirilir. 

SİZƏ LAZIM OLAN APTIS TESTİNİ NECƏ SEÇMƏLİ?

  • Siz bütün bacarıqların (danışıq, yazı, oxu və dinləmə) və ya sizin müəssisə üçün uyğun olan ancaq bir bacarığın test edilməsini seçə bilərsiniz.
  • Məsələn, əgər siz ön ofis heyətinin işə götürülməsi üçün cavabdeh olan İR (İnsan Resursları) Menecerisinizsə, o zaman sizin prioritetiniz ingilis dili üzrə danışıq və yazı bacarıqlarının qiymətləndirilməsi olacaq. Ancaq, əgər siz müəllimlərinizin bütün dil bacarıqlarını qiymətləndirmək istəyirsinizsə, o zaman sizə  4 dil bacarığının hamısı lazım olacaq: danışıq, yazı, oxu və dinləmə.
  • Biz sizə Aptis-dən istifadə etməyin ən uyğun yolunu tövsiyyə edə bilərik.
  • Siz işçilərin işə götürülməsi, işçi qüvvəsinin inkişaf etdirilməsi və ya təlim üçün test keçirirsinizsə, o zaman Aptis məhz sizin gözlədiyiniz uzaqgörən ingilis dili testidir.

APTIS VARIANTLARI

APTIS ÜMUMİ

  • Aptis Ümumi ilkin bacarıqların qiymətləndirilməsi testidir. Bu, sizin işgüzar və ya təşkilatı ehtiyaclarınıza, məsələn, konkret sahələrə (biznes, səyahət turizm), eləcə də sizin test etmək istədiyiniz bacarıqlara uyğunlaşdırıla bilər.

APTIS YÜKSƏK SƏVİYYƏ

Aptis ingilis dili bacarıqlarını - danışıq, yazı, dinləmə və danışıq üzrə ölçən yenilikçi qiymətləndirmə vasitəsidir. Bu imtahan yüksək ingilis dili bacarığının ölçülməsi tələb olunan yerlərdə (CEFR* B1-C2) ingilis dili qabiliyyətini test edir.

MÜƏLLİMLƏR ÜÇÜN APTIS

  • Müəllimlər üçün Aptis xüsusi olaraq təhsil sahəsində çalışanların tədris keyfiyyətini yüksəltmək üçün nəzərdə tutulur.

Müəllimlər üçün Aptis barədə daha ətraflı məlumat əldə edin.

YENİYETMƏLƏR ÜÇÜN APTIS

  • Yeniyetmələr üçün Aptis 13-15 yaşlı yeniyetmələr üçün nəzərdə tutulan ümumi ingilis dili testidir. Bu test sizin gənc öyrənənlərin ingilis dili bacarıqlarının inkişaf etdirilməsi ilə əlaqədar ehtiyaclara cavab vermək üçün nəzərdə tutulur.

Yeniyetmələr üçün Aptis barədə daha ətraflı məlumat əldə edin.

Əlaqəli linklar