Aptis imtahanı verin

APTIS NƏDIR?

Biz bütün dünyada ingilis dilinin qiymətləndirilməsi üzrə 70 ildən çox təcrübəyə malikik. Bizim mütəxəssislərimiz ingilis dili biliklərinin qiymətləndirilməsi sahəsində ən son araşdırmaya əsasən Aptis testini işləyib hazırlamışlar. 

Aptis ingilis dili üzrə sizin danışıq, yazı, oxu və dinləmə bacrıqlarınızı qiymətləndirir, eləcə də qrammatika və söz ehtiyatı testlərini özündə birləşdirir. Sizin məhz hansı bacarıqlarınızın test ediləcəyi testi tələb edən təşkilatdan asılıdır (məs. işəgötürən və ya təlim provayderi).

APTIS TESTINDƏ NECƏ IŞTIRAK ETMƏK OLAR?

Aptis testində iştirak etməklə bağlı məlumat sizin işəgötürən, universitet və ya məktəbiniz tərəfindən veriləcək. Siz birbaşa qeydiyyatdan keçə bilməzsiniz.

BALLAR NƏYI IFADƏ EDIR?

Dillər üçün Vahid Avropa Etalon Sisteminə (DVAES) əsasən sizə nəticələr təqdim ediləcək. Bu nəticədə test edilən hər bacarıq üçün DVAES (A1-C) səviyyəsi müəyyən olunur. DVAES səviyyəsi ilə yanaşı, test edilən hər bacarıq üçün bal verilir (0-50). 

Test hesabatının nümunəsi ilə tanış olun

İmtahana necə hazırlaşa bilərəm?