Aptisdən necə istifadə etməli

APTIS SIZIN ÜÇÜN NƏ ETMƏLIDIR?

Testləri siz özünüz keçirirsiniz: Biz testləri sizə rahat olan bir vaxtda özünüzün keçirməniz üçün lazım olan hər  şeyi təqdim edirik. Siz testin gedişatına nəzarət edə və öz hesabatlarınızı yarada bilərsiniz.

Testləri biz keçiririk: Biz başa düşürük ki, sizin biznesinizdə və ya təşkilatınızda özünüz tərəfindən testlərin keçirilməsi üçün vaxt məhdudiyyəti ola bilər, ona görə də, biz sizin üçün test keçirə bilərik: kompüterlərin hazırlanmasından nəticələrin təqdim edilməsinə qədər. Biz həmçinin test prosesini müşahidə edə və təhlükəsiz test mühitini təmin edə bilərik.

NƏTİCƏLƏR

Test olunan hər bir bacarığa bal verilir və siz bala əsasən ayrı-ayrı namizədləri müqayisə edə bilərsiniz. Bu, həmçinin təkrar test verən namizədlərin nail olduğu inkişkafı qiymətləndirməyə kömək edir.

Siz nəticələrlə bir-bir və ya qrup formatında tanış ola bilərsiniz. Bununla, ayrı-ayrı şəxslər və departamentlər üçün performansı dəyərləndirmək mümkündür.

Çevik təqdimat formatları

Biz Aptis testlərini müxtəlif metodlarla təqdim edə bilərik:

KOMPÜTER-ƏSASLI TEST

Aptis testinin ən asan yolu kompüter versiyasıdır ki, bu da:

  • sizin iş yerinizdə təqdim edilir 
  • PC və ya planşetlər üçün mövcuddur
  • sizin müəssisə və test iştirakçıları üçün ayrı-ayrı vaxtlarda testdə iştirak etməyə imkan verir
  • istənilən vaxt oflayn testdə iştirak etmək üçün namizədlər tərəfindən yüklənməsi mümkündür
  • operativ nəticələri təmin edir
  • sərfəli təqdimat metodudur.

KAĞIZ-QƏLƏM TESTI 

Çox sayda iştirakçını eyni vaxtda test etmək üçün ənənəvi kağız-qələm versiyası da mümkündür. Nəzərə alın ki, danışıq testi ancaq kompüter və ya telefon vasitəsilə həyata keçirilə bilər.

Kağız-qələm testi ilə aşağıdakılar daha asandır:

  • çox sayda iştirakçını eyni vaxtda test etmək
  • internet birləşməsi və ya proqram təminatı olmadan test keçirmək
  • kompüter bacarıqlarına ehtiyac olmadan namizədləri qiymətləndirmək.

TELEFON VASİTƏSİLƏ TEST

Biz həmçinin telefon vasitəsilə Aptis danışıq testi təklif edirik. Testin bu versiyası:

  • mürəkkəb mühitlər üçün uyğundur 
  • vaxt baxımından əlverişlidir
  • internet birləşməsi tələb etmir
  • xüsusən, əgər sizin şirkətinizin işi telefonla danışıq və dinləmə bacarıqları ilə sıx əlaqəlidirsə, bu, mükəmməl ‘real həyat’ bacarıqları testidir.

 

Operativ və sərfəli proses və nəticələr

Biz 48 saat müddətində testin təqdim edilməsindən nəticələrin bildirilməsinə qədər  sizin  test ehtiyaclarınız üçün müvafiq həll təklif edirik. Bundan başqa, danışıq və yazı bacarıqları Britaniya Şurasının mütəxəssisləri tərəfindən operativ şəkildə dəyərləndirilir.

SƏRFƏLI - BİZ EHTİYACLARINIZA UYĞUN SİZƏ TƏKLİF HAZIRLAYACAĞIQ

Test həm perspektiv işçilərin müəyyən edilməsində, həm də mövcud işçilərinizin ingilis dili səviyyəsinin qiymətləndirilməsində istifadə oluna bilər, istənilən halda Aptis sizin biznesinizə dəyər qatan ağıllı investisiyadır.

  • Ancaq sizə lazım olanların test edilməsini seçmək.
  • Çoxsaylı test paketləri də endirimlə təqdim edilə bilər.
  • Aşağı qiymət o deməkdir ki, siz işçilərlə təkrar test keçirə bilərsiniz. Vaxt keçdikcə bacarıqların təkmilləşməsini qiymətləndirmək üçün mükəmməldir.

SIZIN BIZNES EHTIYACLARINIZ ÜÇÜN ÇEVIK

  • Sizə lazım olan qədər dil bacarıqlarını (yazı, oxu, danışıq və ya dinləmə) test edin, yaxud da öz biznesiniz üçün dörd testin hamısını keçirin: məs. biznes, səyahət, turizm və ya təhsil.
  • Sizə lazım olan biznes məsələlərinə fokuslanın: rəqabətədavamlı olun və öz nüfuzunuzu qoruyun

Ədalətli və təhlükəsiz

Aptis namizədlərə ingilis dili biliklərini ən yaxşı şəkildə göstərmək üçün bərabər imkanlar yaradır. Bu, bütün namizədlər üçün ədalətli test platfomasının təmin edilməsi üçün xüsusi olaraq işlənib hazırlanmışdır.

Aptis test sualları yeni materiallarla daim müxtəlif versiyalarda təqdim edilir. Bu, o deməkdir ki, yanaşı oturan namizədlərin sualları fərqli olacaq.

Dəqiq və etibarlı nəticələr

Bizim ingilis dilinin qiymətləndirilməsində 70 ildən çox təcrübəmiz var.

Aptis balları dəqiq və etibarlıdır: araşdırma göstərir ki, namizədlər yazı və danışıq bacarıqlarının qiymətləndirilməsi üçün çoxsaylı cəhdlər zamanı eyni nəticələr əldə edirlər. Dil testi üzrə elmi araşdırmalar barədə geniş məlumat əldə etmək üçün bizim araşdırma səhifəmizə daxil olun.

Sizin aldığınız ballar Dillər üçün Vahid Avropa Etalon Sistemində (DVAES) müəyyən edilib. Testdə hər bir bacarıq üzrə ümumi DVAES səviyyəsi müəyyən edilir (A1-C). Əgər siz dörd bacarığın hamısını test edirsinizsə, sizə ümumi DVAES səviyyəsinə dair hesabat gələcək. DVAES bütün dünyada ingilis dili üzrə səriştənin dəyərləndirilməsi üçün etalon kimi istifadə edilir.