Birləşmiş Krallıq, 2017-ci il, 1 saat 30 dəqiqə
Rejissor: Fil Qrabski
Janr: sərgi-film
Fil Qrabski amerikan impressionizminin vətəni hesab edilən Konnektikut ştatında yerləşən Florens Qrisvold muzeyinin məşhur "Rəssam bağçası: Amerikan impressionizmi və Bağça hərəkatı" sərgisinə həsr edilmiş yeni filmini təqdim edir.
Amerikan impressionizmi Renuar və Mone kimi fransız rəssamlarından ilham alaraq ərsəyə gəlib, lakin onun öz inkişaf yolu olub. O, otuz ildən çox müddətdə "Amerika bir dövlət kimi" mövzusunu və bu sevilən rəssamlıq istiqamətini açıb. Amerikan impressionizminin tarixi bağçalara olan sevgi ilə və sürətlə şəhərləşən ölkədə təbiətin qorunması istəyi ilə yaxından bağlıdır. Birləşmiş Ştatların şərqində, Birləşmiş Krallıqda və Fransada studiyalara, bağçalara və görməli yerlərə səyahət edən bu heyranedici filmə laqeyd qalmaq mümkün deyil.
Biletlərin qiyməti 9 manatdır. Biletləri onlayn şəkildə və Alov Qüllələrinin bütün kassalarında əldə etmək mümkündür.