Kurs onlayn mühitdə 5-17 yaş aralığında olan məktəblilərə ingilis dilini tədris edən müəllimlər üçün nəzərdə tutulmuşdur. Onlayn mühitdə tədris təcrübəsi prioritet deyildir, beləliklə, həm təcrübəli həm də yeni onlayn fəaliyyətə başlayan müəllimlər bu kursdan faydalana bilərlər.
Kurs müddəti ərzində, həm nəzəriyyədə həm də təcrübədə onlayn tədris haqqında öyrənəcəksiniz. Buraya anlaşıqlı onlayn dərslərin və qiymətləndirmə sistemlərinin planlaşdırılması, azyaşlı məktəblilərlə ən yaxşı şəkildə ünsiyyətin qurulması, onlayn təhlükəsizlik qaydaları ilə tanışlıq daxildir. Sonda istər sinxron, istərsə də asinxron mühitdə məktəbliləri onlayn tədrisə necə cəlb edə biləcəyiniz haqqında geniş məlumata sahib olacaqsınız.