Coventry təhsil almaq üçün fantastik universitetdir və özünün bir çox üstünlükləri ilə fəxr edir. London kampusunun da bir sıra üstünlükləri var ki, onlara sizə təqdim edirik:
•Kampus: London kampusu maliyyə şəhərciyinin mərkəzində yerləşir. Bura real biznes və peşəkar təcrübə mühitini təmin edir və burada simulyativ ticarət mərtəbəsi tələbələrin ixtiyarındadır;
•Universitetin reytinqi: Guardian League cədvəlinə və İlin Müasir Universiteti reytinqinə əsasən Birləşmiş Krallıqda 15-ci universitetdir;
•Tədrisin yüksək keyfiyyəti: Tədris üzrə Birləşmiş Krallıqda birinci yeri bölüşür və akademik dəstəyə görə Birləşmiş Krallıqda birinci yerdədir;
•İş təcrübəsinə təminat: Sənaye əlaqələri imkan verir ki, iş təcrübəsi imkanlarına təminat verilsin. Əməkdaşlıq edilən şirkətlər Londondakı qlobal işəgötürənlərdir ki, onların da arasında PwC və Barclays kimi brendlər var;
•Sənaye ilə əlaqələr və məşğulluğa yüksək səviyyədə fokuslanma: Məşğulluq və sonradan təhsili davam etdirmə göstəricisi 94 %-dir. Məzunlar Jaguar Land Rover, Deloitte, Llyods Banking Group və digər çoxsaylı şirkət və təşkilatlarda işə düzələ bilirlər;
•Təqaüdlər: Beynəlxalq tələbələr üçün ümumi dəyəri 180 000 funt sterlinq olan təqaüdlər təqdim edilir.
Coventry Universitetinin nümayəndəsi cənab Claudiu Iordache iyul ayında yenidən Bakıya səfər edəcək və onun 21 iyul 2016-cı il tarixində, saat 18:00-da British Council Azərbaycanın ofisində təqdimatı olacaq. Bu universitetdə təhsil almaq arzusunda olan hər bir şəxs onun ‘Birləşmiş Krallıqda Təhsil: Coventry Universiteti ilə Londonda təhsil almaq imkanı’ mövzusunda keçiriləcək təqdimatına dəvətlidir. Bu sizin xaricdə təhsil və dünyanın top universitetlərindən bir haqqında ətraflı məlumat əldə edə bilməniz üçün əla fürsətdir.
Tarix: 21 iyul 2016, Cümə axşamı
Vaxt: 18:00-20:00
Məkan: British Council, Nizami küçəsi 90A, Landmark III binası, 8-ci mərtəbə
İştirak ödənişsizdir və yerlər məhduddur!