British Council beynəlxalq əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə gənc tədqiqatçılara yeni imkanları təqdim etməyə davam edir.
British Council 5 illik Tədqiqatçı Əlaqələri beynəlxalq təşəbbüsü çərçivəsində 2-ci il üçün beynəlxalq seminarların keçirilməsi ilə bağlı qrant ərizə qəbulunu açıq elan edir. Təşəbbüs çərçivəsində keçirilən beynəlxalq seminarların əsas məqsədi Birləşmiş Krallıq və 18 ölkənin gənc tədqiqatçıları arasında beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsinə xidmət etməkdir. Tədqiqatçı Əlaqələri çərçivəsində keçirilən seminarlar Birləşmiş Krallıq və müvafiq partnyor ölkələrdən olan gənc tədqiqatçılara yeni bilik və bacarıqların əldə edilməsi və qarşılıqlı uzun müddətli əməkdaşlıq yaratmaq üçün geniş imkanlar açır.
Layihənin əhatə etdiyi ölkələrdə həm bu ölkədən, həm də Birləşmiş Krallıqdan olan partnyorlar öz aparıcı tədqiqatçıları ilə birgə təklif etdikləri mövzu üzrə beynəlxalq seminar keçirtmək üçün müraciət etməlidirlər. Təklif edilən mövzu və ərizə forması qrant üçün seçilirsə, hər iki ölkədən gənc tədqiqatçıların bir araya gələrək mövzü üzrə öz tədqiqat işlərini müzakirə etmək və geniş miqyaslı əlaqələr qurmaq imkanı olacaq.
Tədqiqat sahələrinə təbiət elmləri, humanitar və sosial istiqamətli elmlər daxildir. Layihənin əsas parametrləri və ərizə forması növbəti linkdə təqdim edilir: http://www.britishcouncil.org/society/science/funding-opportunities/researcher-links-workshops-call
Ərizə formalarının qəbulu 17 aprel 2014-cü il tarixindən 09 iyun 2014-cü il tarixi saat 18.00-a qədər aparılacaq.
British Council-in Təhsil və Cəmiyyət departamentinin direktoru qeyd edir ki: ‘Beynəlxalq əlaqələr tədqiqat prosesinin keyfiyyətinin qalxdığını, həmçinin beynəlxalq tədqiqatçıların işinin məhsuldarlığının artdığını göstərir. Baxmayaraq ki Birləşmiş Krallıq hal-hazırda tədqiqat sahəsində aparıcı yeri tutur, ən yaxşı alimlərimizin beynəlxalq səviyyəyə yüksəlməsi və yeni ideyaların gələcək təkliflər qismində paylaşılmasına ehtiyac duyulur. Bundan əlavə geniş əməkdaşlıq gələcəkdə geniş və qarşılıqlı səmərə yaradır.’
Tədqiqatçı Əlaqələri layihəsi həyata keçirildiyi ölkələrdə gənc tədqiqatçıların beynəlxalq əməkdaşlıq yaratmasına stimul verir. Layihə yalnız sosial elmlər deyil, həmçinin humanitar və təbiət elmlərini də əhatə etməklə müxtəlif sahələr üzrə olan tədqiqatçıları bir məqsəd üçün çalışmağa ruhlandırır.
Ümumilikdə, British Council-ın Tədqiqatçı Əlaqələri layihəsi qlobal səviyyədə həyata keçirilən bir təşəbbüs olub əhatə etdiyi ölkələr arasında elm sahəsində əlaqələr yaratmaq və ehtiyac və imkanları nəzərə alaraq yeni əməkdaşlıqlara şərait yaratmağı qarşına məqsəd qoyub. Layihəyə gənc tədqiqatçıların iştirakı ilə beynəlxalq seminarların keçirilməsi və gənc tədqiqatçılara səyahət qrantlarının təqdim edilməsi daxildir. Layihə British Councilin beynəlxalq büdcə fondundan maliyyələşdirilir.
2014-cü ildə beynəlxalq seminarların keçirilməsi nəzərdə tutulan ölkələrin siyahısı növbəti kimidir:
Azərbaycan, Banqladeş, Braziliya, Kolumbiya, Misir, İndoneziya, Qazaxıstan, Malayziya, Meksika, Mərakeş, Niger, Pakistan, Qatar, Rusiya, Cənubi Afrika, Tailand, Türkiyə və Vyetnam.
Ətraflı məlumat üçün zəhmət olmasa növbəti linkə nəzər yetirərdiniz:
http://www.britishcouncil.org/society/science/funding-opportunities/researcher-links-workshops-call
Beynəlxalq seminar və qrantları üzrə məlumat sessiyası 13 may saat 18:30-da Four Seasons Oteldə baş tutacaq. Bu proqramla maraqlanan bütün akademik təhsil müəssisələrinin nümayəndələri və gənc tədqiqatçılar tədbirdə iştirak etməyə dəvətlidirlər. Sessiya British Council Azərbaycan təşkilatı tərəfindən həyata keçirilir.
İştirak etmək yalnız onlayn qeydiyyat keçməklə mümkündür. Maraqlı olan şəxslər Könül Əhmədova ilə əlaqə saxlaya bilər.
Konul.Ahmadova@britishcouncil.az