Date
Bazar ertəsi 27 November 2017 -
10:00 - 18:00

British Council və Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə əməkdaşlığı ilə 04 dekabr, 2017-ci il tarixində “Ali Təhsil və İqtisadi İnkişaf: İnnovasiya, Sahibkarlıq və Universitetlərin Maliyyə Davamlılığı” mövzusunda bir günlük simpozium keçiriləcək. 

Simpoziumun əsas məqsədi Azərbaycanda ali təhsil sektorunda fəaliyyət göstərən liderləri (rektor, prorektor, dekan, şöbə rəhbərləri) bir yerə toplayaraq sahibkarlıq və innovasiyaların dəstəklənməsi yolu ilə ali təhsilin ölkənin iqtisadi inkişafına təsirinə dair mövzuları müzakirə etməkdir. Tədbir zamanı Birləşmiş Krallıqdan dəvət olunmuş təcrübəli ekspertlər innovasiya idarəçiliyi üzrə bacarıqlar, universitetlərin biznes yönümlü inkişafı üzrə strategiyalar, həmçinin universitetlərin maliyyələşdirilməsinin müxtəlif yolları üzrə təqdimatlar keçirəcəklər. 

Tədbirin keçiriləcəyi yer tezliklə təsdiq ediləcəkdir.

Tədbir Azərbaycanda ali təhsil müəssisələrində fəaliyyət göstərən rəhbər şəxslərin (rektor, prorektor, dekan, şöbə rəhbərləri) iştirakı üçün nəzərdə tutulmuşdur. 

Tədbirdə iştirak etmək istəyən şəxslər Qeydiyyat Formasını tamamlayaraq 27 noyabr 2017-ci il tarixinədək nigar.nasrullayeva@britishcouncil.az e-mail ünvanına göndərə bilərlər.

Tədbir barədə əlavə məlumata ehtiyacınız olarsa Təhsil İşləri üzrə İcraçı, Nigar Nəsrullayeva ilə əlaqə saxlaya bilərsiniz.