Renuar: Təzadlı Hisslər Doğuran Rəssam

Bazar 30 July 2017 - 13:00

Ölkə: Birləşmiş Krallıq

İl: 2016

Rejissor: Fil Qrabski

Janr: sərgi filmi

Dil: ingilis dili

Tərcümə: rus dilində altyazı

Müddət: 1 saat  27 dəq.

Yaş məhdudiyyəti: 12+

Pyer-Ogüst Renuar Parisi təsvir etdiyi impressionist tabloları ilə tanınır və sevilir. Bu rəsmlər dünyanın ən dəyərli rəsm nümunələri arasında yer alır. Lakin Renuar vaxt keçdikcə bu üsluba vida edib rəsmlərinin istiqamətini dəyişib. Renuarın Barns fondunun Filadelfiyadakı kolleksiyasında yer alan 181 əsərinə həsr edilmiş bu maraqlı filmdə rəssamın həyatının son illərində yaradıcılığının aldığı istiqamət və bu günə qədər də onun izləyiciləri zidd rəylər bildirməyə vadar etməsinin səbəbi araşdırılır. Bəziləri Renuarın son əsərlərinə heyran olduqlarını, digərləri isə bu rəsmləri görmək belə istəmədiklərini bildirirlər. Çoxları üçün təəccüblüdür ki, Renuarın son əsərlərinə müraciət edən və onlardan dərindən təsirləndiklərini ifadə edən bir çox rəssam arasında XX əsrin iki nəhəngi – Pikasso və Matiss də var. Filmdə rəssamın bizim üçün yeni olan həyat hekayəsindən bəhs edilir. Üstəlik film Renuarın köhnə və yeni zaman arasında körpü rolu oynamasını nəzərdən keçirir.

Film Alov Qüllələrində yerləşən "Park Cinema" kinoteatrlarında nümayiş olunacaq. Biletlərin qiyməti 9 manatdır. Biletləri onlayn şəkildə və Park Bulvar və Alov Qüllələrinin bütün kassalarında əldə etmək mümkündür.