British Council Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramına ərizələrin qəbulunu elan edir.
Kompüter bilikləri (ilkin biliklər, veb dizayn, applikasiyaların hazırlanması və s.), ingilis dili və sosial bacarıqlarını artırmaq istəyən əlilliyi olan şəxslər müraciət edə bilərlər.
Proqramda iştirak etmək üçün ümumi seçim meyarları aşağıdakılardan ibarətdir:
- Əlilliyi olan şəxslər
- Yaş həddi: 18-40
- Yaşayış yeri: Bakı şəhəri
- Azərbaycan Respublikasının vətəndaşı
- Tələb olunan minimal təhsil səviyyəsi: orta təhsil
- Azərbaycan dili bilikləri
- Öyrənmək və işləmək üçün yüksək motivasiyaya malik olmaq
- Liderlik potensialı olan və ictimai həyatda fəal olan şəxslərə üstünlük veriləcək
- Baza kompüter (zəruridir) və minimal ingilis dili bacarıqları (arzuolunandır)
- Dövlət Məşğulluq Mərkəzində qeydiyyat/Məşğulluq Mərkəzinin işsizlik statusu haqqında arayışı (arzuolunandır)
Layihədə iştirak etmək istəyən şəxslər seçim meyarları və tələb olunan şərtlər barədə ətraflı məlumat əldə etmək üçün Proqram barədə elanı oxuya bilərlər.
Müraciət üçün doldurulmuş Ərizə Forması 28 fevral 2018-ci il tarixindən gec olmayaraq nigar.nasrullayeva@britishcouncil.az elektron poçt ünvanına göndərilməlidir.
Layihə barədə sualınız olarsa Layihənin meneceri, Nigar Nəsrullayeva ilə əlaqə saxlaya bilərsiniz.