Date
Bazar 15 Oktyabr 2017 - 13:00

İstehsalçı ölkə:  Birləşmiş Krallıq

Buraxılış ili: 2013

Rejissorlar: Fil Qrabski, Ben Hardinq

Janr: sərgi-film

Dil: ingilis dili

Tərcümə: rus dilində subtitrlər, rus dili

Müddət: 1 saat 34 dəqiqə

Yaş həddi: 12+

Kral Rəssamlıq Akademiyasında keçirilmiş bu sərgi Eduard Manenin portretlərinə həsr edilmiş birinci sərgi idi. "Mane: Portretə həkk edilmiş həyat" sərgisi onun Avropa, Asiya və ABŞ-da olan əsərlərini bir araya gətirir və bu əsrarəngiz, bəzən də təzadlı rəssamın bütöv yaradıcılıq yolunu əhatə edir.

Manenin portretləri onun yaradıcılıq irsinin təxminən yarısını təşkil etsə də, yalnız onlara həsr edilmiş sərgi heç vaxt keçirilməmişdi. O,  ailəsini, dostlarını və dövrünün ədəbiyyat, siyasət və incəsənət xadimlərini çəkir, yalnız şəxsləri deyil, Paris cəmiyyətini də kətan üzərində əbədiləşdirirdi. Sərgi Manenin 50-dən çox əsərini, ona daha çox modellik etmiş qadının, həyat yoldaşı Syuzanna Leenhoffun, dövrünün məşhurlarından Antonin Prust, Emil Zola və Stefan Mallarmenin portretlərini, o cümlədən Manenin portretlərlə bağlı dövrünün fövqündə duran, yenilikçi yanaşmasını nümayiş etdirən gündəlik həyatdan səhnələri əhatə edir. Daha ətraflı məlumat almaq üçün www.royalacademy.org.uk saytına daxil olun.

"Mane: Portretə həkk edilmiş həyat" eyni zamanda sərginin adətən ictimaiyyətdən gizli qalan pərdə arxasını, sərgiyə hazırlıq işlərinin aparılmasını da tamaşaçılara nümayiş etdirir və onları Manenin həyatına, XIX Parisinə səyahətə aparır. Aparıcı Tim Marlou bütün zamanların ən böyük rəssamlarından birinin yaradıcılığını dəvət edilmiş qonaqlar və ekspertlərlə müzakirə edir.

Biletlərin qiyməti 9 manatdır. Biletləri onlayn şəkildə və Alov Qüllələrinin bütün kassalarında əldə etmək mümkündür.