Böyük Britaniya və ABŞ səfirliklıri ilə birlikdə Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiya ilə Mübarizə Günü barədə məlumatlılığı artırmaq üçün veb seminar keçiririk. Bu ilin mövzusu "Birlikdə: Müqavimət, Dəstək, Şəfa"-dır.
Ən möhkəm, ən təhlükəsiz və firavan cəmiyyətlər, bütün vətəndaşların şiddət və ayrıseçkilik qorxusu olmadan sərbəst yaşaya biləcəyi cəmiyyətlərdir. Bu cəmiyyətlərin həm də LGBTQI+ insanlarının cəmiyyətdə tam və aktiv rol oynaya biləcəyi cəmiyyətlər olduğunu haqqında müzakirə edəcək spikerlərimizi təqdim etməkdən qürur duyuruq. COVID-19 pandemiyasının LGBT + insanlarını zərərli şəkildə təsir etdiyi, insan haqlarını daha da məhdudlaşdırdığı və şiddət və ayrıseçkilik riskini artırdığı qlobal təsirlərinə cavab verməyə və bərpa etməyə davam etdiyimiz üçün bu daha vacibdir. Birləşmiş Krallıq və ABŞ cinsi oriyentasiya və ya cinsiyyət kimliyi daxil olmaqla hər hansı bir səbəbdən ayrıseçkiliyə yol verilməməsi prinsipinə sadiqdirlər.
Spikerlərimiz:
Samr Şah (moderator)
Ölkə üzrə Direktoru, British Council Azərbaycandakı ofisi
Samr Şah "British Council"da karyerasına 2004-cü ildə Çindəki Təhsil Marketinqi komandasına qoşulmaqla başlayıb. O, həmin vaxtdan "British Council" qlobal şəbəkəsində, o cümlədən onun Londondakı baş ofisində müxtəlif vəzifələrdə işləyib.
Brioni Hanson
Film proqramları üzrə Direktoru, British Council
Brioni, British Council-ın Film proqramları üzrə Direktorudur. British Council-dan əvvəl "Script Factory" təlim təşkilatına rəhbərlik etmiş, Tyneside Cinema və BFI Proqram Bölməsinə rəhbərlik etmiş və Londonun LGBT+ Film Festivalında çalışmışdır.
Lalə Mahmudova
LGBTQI+ hüquqlarının müdafiəçisi
Lalə 2015-17 Fulbright alimidir və Çikaqo Loyola Universitetindən Qadın Araşdırmaları və Cinsiyyət Araşdırmaları ixtisası üzrə magistr dərəcəsi almışdır. Çikaqoda yerləşən Qadınlar Təşkilatında məişət zorakılığının müdafiəsi ilə məşğul olmuş və qadınlar və gender məsələləri ətrafında araşdırma sənədləri dərc etmişdir.
Vahid Əliyev
LGBTQI+ hüquqlarının müdafiəçisi