Qoya – Cisim və qanın obrazları

Bazar 23 July 2017 - 13:00

Birləşmiş Krallıq, 2015-ci il, 1 saat 34 dəqiqə

Rejissor: Devid Bikerstaff  

Janr: sənədli film

Fransisko Qoya İspaniyanın ən məşhur rəssamıdır. O, müasir incəsənətin atası hesab olunur. Gündəlik həyatın və İspaniyanın kədərli tarixinin ağlasığmaz təfərrüatlarının dahi müşahidəçisi, istedadlı portret rəssamı və sosial quruluşa incə tənqidi ilə işıq verən Qoya portret sənətini yeni zirvələrə qaldırıb. Onun dühası Londonun Milli Qalereyasında keçirilməsi səbirsizliklə gözlənilən möhtəşəm sərgidə layiqincə qiymətləndirilib. Film bu sərginin əsasında Qoyanın hadisələrlə zəngin olan həyatına səyahətə çıxır.

Film Qoya üçün əhəmiyyəti olan yerlərin çəkilişi, rəssamın şəxsi məktubları və müəllifin dünyanın müxtəlif yerlərində olan məşhur kolleksiyalardakı ölümsüz şah əsərlərinin nümayişi sayəsində rəssamın və onun qələmindən çıxan rəngarəng dünyanın ürəklərə hakim olacaq portretini verir. Rembrandt və Velaskesdən təsirlənən Qoya tərif oxumaq məcburiyyəti hiss etmədiyi yeni reallığı araşdırırdı. O, gördüklərini fiziki və psixoloji mənada olduğu kimi verməkdən çəkinmirdi. Lakin bu, onun portretinin dövrün ən yaxşı rəssamının fırçasından çıxması arzusunda olan hakimiyyət adamlarından çox sayda sifariş almasına mane olmayıb. Qoya jest, ifadə və emosiyaların sürətlə dəyişməsini cansız kətan üzərində verməyə qadir olan müasir yanaşması ilə kral ailəsinin üzvlərini, aristokratları, siyasətçiləri və yaxın dostlarını çəkib. Qoyanın güclü yanaşması və texniki ustalığı onu dünyanın ən nüfuzlu və hörmətli rəssamlarından biri edir və indiyə kimi yaşamış ən görkəmli rəssamlarla bir sıraya qoyur.

Film Alov Qüllələrində yerləşən "Park Cinema" kinoteatrlarında nümayiş olunacaq. Biletlərin qiyməti 9 manatdır. Biletləri onlayn şəkildə və Park Bulvar və Alov Qüllələrinin bütün kassalarında əldə etmək mümkündür.