Mirvari sırğalı qız

Bazar 10 Sentyabr 2017 - 13:00

Ölkə: Birləşmiş Krallıq

İl: 2014

Rejissor: Phil Grabsky

Janr: sərgi filmi

Dil: ingilis dili

Tərcümə: rus dilində altyazı

Müddət: 1 saat 20 dəq.

Yaş məhdudiyyəti: 12+

Dünyanın ən müəmmalı şedevrlərindən birinin arxasında duran sirlərə agah olun.

Yan Vermeerin "Mirvari sırğalı qız" əsəri incəsənət tarixinin ölümsüz rəsmlərindən biridir. İndinin özündə də tablonun dünya turunda insanlar onun şahanə gözəlliyinə bir anlıq gözucu baxmaq üçün uzun növbələrdə dayanır – təkcə Yaponiyada sərgiyə 1,2 milyon adam gəlib. Lakin rəsmin özünün tarixçəsi sirr pərdəsi ilə örtülüb. Bu peşəkarlıqla çəkilmiş yeni sənədli film bu qeyri-adi parça ilə bağlı bir çox cavabsız sualları bağlıdır. Bu qız kim olub? Onu niyə və necə çəkiblər? O, niyə belə pərəstişlə qarşılanır?

"Mirvari sırğalı qız" dünya turundan sonra Niderlandın Haaqa şəhərindəki hərtərəfli təmir işlərindən keçmiş Mauritxuisə qayıdıb. Bu tarixi sərgiyə eksklüziv çəkiliş hüququ olan film tamaşaçılara bu sirli rəsmin və onun əsrarəngiz müəllifi Vermeerin üzərindəki sirr pərdəsini açacaq bir çox sualın cavabını tapmaq üçün səyahətə çıxarır. Film bu yaxınlarda tamamlanmış və çox mürəkkəb tərtibatı olan muzeydən başlanğıc nöqtəsi kimi istifadə edərək bu kolleksiyada olan digər şah əsərlərində gizlənən cavabları tapmaq üçün səhnələrin arxasına detektiv səyahətinə çıxır.

Film Alov Qüllələrində yerləşən "Park Cinema" kinoteatrlarında nümayiş olunacaq. Biletlərin qiyməti 9 manatdır. Biletləri onlayn şəkildə və Park Bulvar və Alov Qüllələrinin bütün kassalarında əldə etmək mümkündür.