fiveFilms4freedom 2016 – dünyanın ilk qlobal, rəqəmsal LGBT film festivalı ekranlara qayıdır.
Keçən ilki tədbir bu növ üzrə ilk təşkil edir və 135 ölkədə insanlara nümayiş etdirildi. Bu uğurdan ilhamlanaraq British Council və Britaniya Film İnstitutu ümid edirlər ki, fiveFilms4freedom 2016 daha böyük, daha yaxşı və daha ruhlandırıcı olacaq.
16-27 mart 2016-cı il tarixlərində tamaşaçılar Londonda BFI Flare, lesbian, gey, biseksual və transgender film festivalını izləyəcəklər. Eyni zamanda siz və bütün dünyadan insanlar festivaldan beş filmi pulsuz olaraq onlayn şəkildə izləyə biləcəklər.
Sevgi insan hüququdur – 17 martda izlə, tvit at və paylaş.
17 martda fiveFilms4freedom 2016 dünyanı hamılıqıa film izləməyə dəvət edir. Bir gün ərzində siz bu filmlərdən birini izləyərək və dünyanın müxtəlif yerlərindən insanlara qoşularaq sevginin insan hüququ olduğunu nümayiş etdirə bilərsiniz.
Dəstəyinizi göstərmək istəyirsinizsə xahiş edirik 17 mart tarixində #FiveFilms4Freedom həştəqi ilə sosial şəbəkələrdə paylaşmalar edin və tvitlər atın.
12 gün ərzində filmləri onlayn qaydada izləyə bilərsiniz. 16-27 mart tarixlərində vebsaytımıza daxil olun və beş filmi onlayn qaydada izləyin. Ümid edirik siz bundan zövq alacaqsınız.
Subtitrlər: Filmləri ingilis, ərəb, çin, rus və ispan dillərində izləyə bilərsiniz. Video pleyer üzərindəki “Parametrlər” düyməsinə basaraq “Subtitrlər/CC” bölməsinə daxil olun və dil seçiminizi edin. Bütün subtitrləri bağlamaq üçün “CC” düyməsinə basın.