Dan Tsu - tədbir təşkilatçısı, pedaqoq, eyni zamanda "Lyrix Organix" şirkətinin təsisçisi və direktorudur. Gəncləri dəstəkləmək və xeyriyyə məqsədilə təşkil etdiyi, canlı musiqi, poeziyanın və hip-hop musiqi janrının qarşılıqlı əlaqəsini araşdıran, yeni üfüqlər açan tədbirləri ona şöhrət qazandırmışdır.

Onun hazırkı portfelinə daxildir: Qlastonberi festivalı (The Rum Shack), Birləşmiş Krallıq "Beatbox" Çempionatı, Brayton festivalı, "Woodland" Fondu və "British Council" (Sudan, Efiopiya, Moskva). O həmçinin London Meriyası (GLA), 2012-ci ildə Londonda keçirilən "Showtime Festival", "Roundhouse" konsert zalı və "Kings Place" mərkəzi üçün böyük tədbirlər və ekskursiyalar təşkil etmişdir. Dan Tsu gənc istedadlara dəstək göstərmiş və Ed Şiran, Akala və Keyt Tempest kimi istedadlarla sıx şəkildə əməkdaşlıq etmişdir.

Gənclərin maarifləndirilməsi proqramı üzrə koordinator, spiker və Londonun aparıcı musiqi təhsili müəssisəsi BIMM-də Musiqi Biznesi üzrə əlavə proqramların da keçildiyi bakalavr kursunun Tədbirlərin təşkili bölməsinin rəhbəri qismində fəaliyyət göstərən Dan Tsu "Roundhouse" konsert zalı, London Meriyası, "Gənclərin Beynəlxalq İncəsənət Festivalı" (International Youth Arts Festival) və "Cardboard Citizens" teatrı üçün gənclərin maarifləndirilməsi istiqamətində müntəzəm olaraq əhəmiyyətli proqramlar işləyib hazırlayır.