Virginia Vulfdan kim çəkinir?

Çərşənbə 09 Avqust 2017 - 19:00

Ölkə: Birləşmiş Krallıq

İl: 2017

Janr: tamaşa

Dil: ingilis dili

Tərcümə: rus dilində altyazı

Müddət: 3 saat 18 dəqiqə

Yaş məhdudiyyəti: 16+

Edvard Olbinin məşhur pyesi Ceyms Makdonaldın rejissorluğu ilə yenidən səhnələşdirilir. Baş rolları İmelda Stonton, Luk Treduey və İmocen Puts ifa edir. 

Amerikan kolleclərindən birinin kampusunda müəllimlərin əyləncə gecəsinin sonunda yaşlı ər-arvad Corc və Marta (Corc professor, Marta isə kollec prezidentinin qızıdır) kollecə yeni gəlmiş gənc müəllim Niki və onun həyat yoldaşı Hanini evlərinə dəvət edirlər. Bu zaman istəkləri əyləncəni evdə davam etdirmək olsa da, gənclərin Corc və Martanın arasındakı mürəkkəb və təhlükəli psixoloji oyunun iştirakçısı olması ilə əyləncə sürətlə sona çatır.

Tamaşa 9 avqust, saat 19:00-da, Nizami Kino Mərkəzində nümayiş olunacaq. Biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilərsiniz, qiyməti 12 AZN-dir.