Sing Street

Cümə 11 November 2016 - 20:20

Buraxılış ili: 2016-cı il

İstehsalçı ölkə: Birləşmiş Krallıq

Rejissor: Con Karni (John Carney)

Janr: Komediya, Dram, Musiqi

Aktyorlar: Ferdia Uolş-Pilou (Ferdia Walsh-Peelo), Lyusi Boynton (Lucy Boynton), Eydan Qillen (Aidan Gillen), Mariya Doyl Kennedi (Maria Doyle Kennedy) 

Mükafatlar:   

  • İrlandiya Film və Televiziya Mükafatları 2016 - Ən yaxşı ikinci dərəcəli aktyor - Film, Ən Yaxşı Orijinal Mahnıya görə Münsiflər Heyətinin Xüsusi Mükafatı.
  • Neşvill Kino Festivalı 2016 - Xüsusi Nümayişlər, Con Karni (John Carney).
  • Ən Yaxşı Orijinal Mahnı, Con Karni (John Carney), Qeri Klark (Gary Clark).

Treyler: http://www.imdb.com/title/tt3544112/  

SING STREET filmi insanı bir anlığa bu dünyadan qoparıb 1980-ci illərə aparır. Dublin şəhəri Konor (Ferdia Uolş-Pilou) adlı 14 yaşlı oğlanın gözü ilə təsvir olunur. Filmdə hadisələr belə cərəyan edir: Konor valideynləri arasındakı gərgin münasibətlər və maliyyə çətinlikləri səbəbindən xoşagəlməz vəziyyətin hökm sürdüyü evdən uzaqlaşmaq üçün çıxış yolu axtarır və yenicə oxumağa başladığı şəhərdaxili dövlət məktəbinə uyğunlaşmağa çalışır. Həmin məktəbin müəllimləri də şagirdləri qədər qaba və kobuddurlar.  

Öz əsrarəngizliyi, füsunkarlığı və gözəlliyi ilə daim diqqət mərkəzində olmağı bacaran Rafina (Lyusi Boynton) ilə qarşılaşdığı zaman Konorun qəlbində bir ümid işığı yanır və o, həmin qızın ürəyini fəth etmək üçün onu öz qrupunun videokliplərində baş rolu ifa etməyə dəvət edir. Yeganə problem ondan ibarətdir ki, onun qrupu... hələlik yoxdur.  

Yazıçı və rejissor Con Karninin (ONCE ("BİR ZAMANLAR"), BEGIN AGAIN ("YENİDƏN BAŞLA") kimi filmlərin müəllifi) öz həyatından və musiqiyə olan sevgisindən ilhamlanaraq yaratdığı SING STREET filmi musiqinin dünyanı gözəlləşdirməyə, insanları gündəlik qayğılardan uzaqlaşdırmağa və onları daha mükəmməl varlığa çevirməyə qadir olduğunu nümayiş etdirir. 

Film 11 noyabr 2016-cı il tarixində saat 20:00-də Park Bulvar kinoteatrının 4-cü zalında nümayiş olunacaq. Filmin nümayişi Azərbaycan dilində subtitrlarla olacaq.

Giriş sadəcə dəvətnamə ilədir. Dəvətnamələri filmin nümayiş olunduğu gün - 11 noyabr tarixində Park Bulvarın kassalarından əldə edə bilərsiniz.