Rosencrantz və Guildenstern dünyasını dəyişib

Çərşənbə 23 Avqust 2017 - 19:00

Ölkə: Birləşmiş Krallıq

İl: 2017

Janr: teatr tamaşası

Dil: İngilis dili

Tərcümə: rus dilində altyazı

Müddət: 3 saat 20 dəqiqə

Yaş məhdudiyyəti: 16+

Tom Stoppardın parlaq intellektual komediyasının yarıməsrlik ildönümü Devid Solun "Old Vik" teatrının səhnəsində Deniel Redkliffin də iştirak etdiyi bu tamaşası ilə qeyd edilir.

Gənc Stoppardı bir saat içində Britaniya teatrının böyük fiquruna çevirən bu, son dərəcə gülməli pyesin baş qəhrəmanları - Hamletin iki ikinci dərəcəli personajları Rosenkrantz və Gildensterndir.  Bu yöndəmsiz cütlük hay-küylə ön səhnədə peyda olur və ətraflarında məşhur Şekspir faciəsinin tanış vaqiələri inkişaf etdikcə baş verənlərin mənasını əbəs yerə anlamağa çalışır.

Tamaşa 23 avqust, saat 19:00-da, Nizami Kino Mərkəzində nümayiş olunacaq. Biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilərsiniz, qiyməti 12 AZN-dir.