Məzunların Məşğulluğunun artırılmasına dair Forum

Şənbə 14 Yanvar 2017 - 00:00

British Council Azərbaycan 2014-cü ildən etibarən Ali Təhsilin Beynəlmiləlləşdirilməsi proqramı çərçivəsində Azərbaycanda məzunların məşğulluğunun artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirir. 

Bu təşəbbüs çərçivəsində növbəti tədbir – zunların Məşğulluğunun artırılmasına dair Forum 17 yanvar, 2017-ci il tarixində Four Seasons Otelində həyata keçiriləcəkdir. 

Tədbirin əsas məqsədi qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və sahə üzrə irəliləyişlərə nail olmaq üçün ali təhsil və biznes müəssisələrinin nümayəndələrini bir yerə gətirərək tanışlıq, müzakirə və bilik mübadiləsi üçün imkan yaratmaqdır. 

Tədbirdə Təhsil Nazirliyinin, universitet və biznes müəssisələrinin nümayəndələrinin iştirakı gözlənilir. Həmçinin, tədbirdə Birləşmiş Krallığın qabaqcıl universitetlərdən birinin aidiyyatlı sahə üzrə mütəxəssisi məzunların məşğulluğuna dair Britaniyanın ən uğurlu təcrübəsindən danışacaqdır.

Ali təhsil və biznes müəssisələrinin nümayəndələrini Forumda iştirak etməyə dəvət edirik.

Tədbirdə iştirak etmək üçün aşağıdakı qeydiyyat formasını tamamlayaraq 14 yanvar, 2017-ci il tarixinədək nigar.nasrullayeva@britishcouncil.az e-mail ünvanına göndərə bilərsiniz.

Əlavə məlumat üçün Təhsil işləri üzrə İcraçı Nigar Nəsrullayeva ilə əlaqə saxlaya biləriniz.