British Council-ın Azərbaycan ofisi sizi peşə təhsili müəssisələri şagirdlərinin məşğulluq üzrə mövcud bacarıqları, imkanları və təcrübələri ilə bağlı məlumat əldə etmək üçün sorğuda iştirak etməyə dəvət edir. Sorğunun keçirilməsində əsas məqsəd peşə təhsili müəssisələrində hal-hazırda təhsil alan şagirdlərin məşğulluq bacarıqlarının və imkanlarının dəyərləndirilməsidir.
Sorğunun nəticələri, peşə təhsili proqramlarının inkişaf etdirilməsi və məlumatlılıq üçün Təhsil Nazirliyi, peşə təhsili müəssisələri və Peşə Təhsili üzrə Dövlət Agentliyinə təqdim ediləcəkdir.
Sualları tamamlayan şəxslərin adları və ya əlaqə məlumatları anonim olaraq saxlanılacaqdlr və heç bir halda üçüncü tərəfə təqdim edilməyəcək.
Sorğunu cavablandıran şəxslər arasında (verilən cavablar nəzərə alınmadan) təsadüfi seçim keçirilərək 2 şəxsə elektron kitab hədiyyə ediləcək.
Qalib olan şəxslərlə əlaqə saxlamaq üçün sorğunun sonunda əlaqə məlumatınızı təqdim etməyinizi xahiş edirik.