Azərbaycan "Şekspir Xalçası" Müsabiqəsi

Cümə 14 Oktyabr 2016 - 11:00

Qısa siyahı elan olunur.

"Şekspir Xalçası" Müsabiqəsinin münsiflər heyəti yay ayları boyunca təqdim edilmiş çoxsaylı uğurlu dizaynlar sırasından “Azərbaycan Şekspir Xalçası” müsabiqəsinin hər bir kateqoriyası üzrə seçilmiş ən yaxşı beş dizayndan ibarət qısa siyahı barədə razılığa gəlmişdir. Bu müsabiqədə iştirak etdiyinizə və yaradıcılığınızı mükəmməl şəkildə nümayiş etdirdiyinizə görə hər birinizə minnətdarıq!

Hər bir kateqoriya (peşəkar dizaynerlər, uşaqlar, və digərləri) üzrə dizaynerlərin qısa siyahısı təqdim olunur:

PEŞƏKAR DİZAYNERLƏR

Aydan Sadıqbəyli

Məmmədhüseyn Hüseynov

Telman Şıxıyev

Səbinə Məmmədli

Kəmalə Məmmədova

UŞAQLAR

Aahaan Tandon

Fidan Kəbirlinskaya

Zeynəb Nəcəfzadə

Hüseyn Hacıyev

Emil Hacıyev

DİGƏRLƏRİ

Rizvan Ələsgər

Nübar Ağalarova

Aytac Həsənzadə

Sürəyya Muğanlı

Aytən Turabova        

Hər bir kateqoriya üzrə qaliblər və müsabiqənin mütləq qalibi oktyabr ayının ortasında  dizaynların sərgisində elan olunacaqdır. Bu gündən etibarən həmin vaxta qədər Facebook səhifəmizdə sizə gündə bir dizayn təqdim olunacaqdır. Beləliklə, bəyəndiyiniz dizayna səs verə bilərsiniz.

Açılış mərasiminə qədər ən çox BƏYƏNMƏ toplayan dizayn xüsusi tamaşaçı simpatiyası mükafatına layiq görüləcəkdir.

Azərbaycan Şekspir Xalça Müsabiqəsinin nəticələri 14 oktyabr 2016 il tarixində saat 11.00-da Azərbaycan Xalça Muzeyində baş tutacaq rəsmi tədbir zamanı elan olunacaqdır.