Birləşmiş Krallıqda Təhsil Sərgisi mobil proqramı

Birləşmiş Krallıqda Təhsil Sərgisi mobil proqramını yükləyərək növbəti sərgimiz barədə dəyərli məlumatlar əldə edə bilərsiniz.

Birləşmiş Krallıqda Təhsil Sərgisi barədə istədiyiniz yerdə istədiyiniz zaman məlumat əldə etmək üçün bu əla imkandır! Sərgi məkanınızı seçin, dəyərli məlumatları əldə edin və sərgiyə gəlməzdən əvvəl görüşmək istədiyiniz təhsil müəssisələri ilə əvvəlcədən tanış olun. Bu proqram həm də sizi seminarlar və təqdimatlar barədə yeniliklərlə davamlı məlumatlandıracaqdır.

Birləşmiş Krallıqda təhsil Sərgisi sərgidə iştirak edən təhsil müəssisələri barədə məlumatları əhatə edir və sərgidən kənar da yararlı məlumat bazası kimi istifadə oluna bilər.  

Birləşmiş Krallıqda Təhsil Sərgisi mobil proqramı Apple telefonlarında App Store-dan və android telefonlarından Google Play-dən pulsuz yüklənilə bilər. 

Proqramın əsas özəllikləri

  • Sərginin proqramı ilə tanış olun: seminarlar, təqdimatlar, müxtəlif müsabiqələr, Chevening proqramının məzunları tərəfindən çıxışlar barədə məlumat əldə edin.
  • Sərgi zamanı iştirak etmək istədiyiniz proqramları “Favourites” hissəsinə əlavə edin və sərgi üçün şəxsi proqramı yaradın
  • İştirak etdiyiniz seminar və təqdimatların keyfiyyətini qiymətləndirin
  • İştirakçı müəssisələr barədə məlumat əldə edin: görüşmək istədiyiniz Britaniya Universitetləri, Məktəblər, Kolleclər və İngilis dili məktəbləri barədə məlumatı əvvəlcədən əldə edin
  • Seçdiyiniz təhsil müəssisələrinin qəbul şərtləri, təhsil haqqları, təklif etdiyi proqramlar barədə məlumat əldə edin
  • Tədbirin gündəliyində baş verən dəyişikliklər barədə məlumat əldə edin
  • Sərginin keyfiyyətini dəyərləndirin və sərgi sxemi ilə tanış olun

Kağız materiallardan minimal istifadə

Bu proqram sizə imkan verəcək ki, siz özünüzlə daha az çap materialları götürəsiniz. Bu il siz yeni Birləşmiş Krallıqda Təhsil sərgizi mobil proqramı ilə sərgiyə daha hazırliqlı olacaqsınız.

Hansı mobil avadanlıqlar bu proqramı dəstəkləyir?

  • iOS app: iOS mobil cihazları (OS 8 ) (App store)
  • Android app: Android mobil cihazları (Android 4.0+) (Google Play Store)

Köməyə ehtiyacınız olarsa British Council ilə əlaqə saxlayın.