Təhsil, iş və miqrasiya məqsədlərinizə nail olmaq uğrunda IELTS imtahanını seçmək üçün ən yaxşı beş səbəbi görəcəksiniz. Bu səbəblər aşağıdakılardır:
- İmtahanın bütün dünyada tanınması
- Sizə uyğun seçimlər
- Sadə qiymətləndirmə
- İmtahan öncəsi çoxlu dəstək
- İmtahanın bir dil bölməsində yenidən iştirak etmək
İngilis dilli mühitdə təhsil almaq və ya işləmək üçün seçdiyiniz səbəblərdən asılı olmayaraq, ingilis dili üzrə müvəffəqiyyət imtahanı nəticələrinizin geniş şəkildə məktəblər, universitetlər və işçilər tərəfindən qəbul edildiyinə əmin olmalısınız. Yəqin ki, ən yaxşı bala nail olmaqda sizə kömək edəcək bir sıra hazırlıq materiallarını axtaracaqsınız.
Bu və ya digər şəkildə, IELTS bu sahədə çox uğurludur, elə siz də müvəffəqiyyət qazana bilərsiniz.
Britaniya Şurasının təsdiq möhürü ilə imtahanın bütün dünyada tanınması
IELTS imtahanı vasitəsilə maraqlı, yeni imkanlar dünyasını kəşf edəcəksiniz.
IELTS Avstraliya, Kanada, Yeni Zelandiya və Birləşmiş Krallığa köçmək istəyən insanların seçdiyi imtahandır. IELTS artıq bütün dünyada 12 000-dən artıq təşkilat tərəfindən tanınır. Buraya istedadınızı və potensialınızı qəbul etməyə marağı olan aparıcı universitetlər, məktəblər, dövlət idarələri, peşəkar birliklər, şirkətlər və müəssisələr daxildir.
Faydalı axtarış sistemimizdən istifadə edərək seçdiyiniz təşkilatın IELTS-i qəbul edib-etmədiyini və orada işləmək, yaxud təhsil almaq üçün tələb edilən balı tapa bilərsiniz.
Hər kəs üçün ümumi yanaşmadan fərqli - sizə uyğun seçimlər
Hər kəsin istəyi eyni olmadığına görə IELTS imtahanının birdən çox növü və həmin imtahanı vermək üçün birdən çox üsul var. Bu seçimlərlə məhz sizə uyğun olan imtahanı tapa biləcəyənizə əmin ola bilərsiniz.
Bakalavr və ya magistr dərəcəsini ingilis dilində təhsil almağı planlaşdıran insanlar üçün hazırlanıb. Bu imtahan qarşınıza çıxa biləcək akademik dil növünü əks etdirir. Məqsədiniz daha yüksək dərəcədə təhsil almaq və ya professional sertifikatları tanıtmaqdırsa, bu sizin üçün ən yaxşı seçimdir.
Bu, ingilis dilli ölkəyə köçüb orada yaşamaq, işləmək və ya universitet məzunu dərəcəsindən aşağı dərəcədə təhsil almaq istəyən insanlar üçün hazırlanıb. Bu imtahan praktiki, gündəlik kontekstdə ingilis dilindən istifadə bacarığınızı qiymətləndirir və qarşılaşa biləcəyiniz iş və sosial situasiyaları əks etdirir.
IELTS for UK Visas and Immigration (UKVI)
Bu, Birləşmiş Krallıqda təhsil almaq, işləmək və ya yaşamaq məqsədilə Birləşmiş Krallıq vizasına ehtiyacı olan insanlar üçün IELTS Academic və ya IELTS General Training üzrə xüsusi imtahan növüdür. Əgər bu kateqoriyaya aidsinizsə, IELTS for Life Skills imtahanını da verməli ola bilərsiniz. Hər ikisi Birləşmiş Krallıq Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş Secure English Language Test (SELT) imtahanlarıdır.
IELTS imtahanını mərkəzlərimizin birində kağız üzərində və ya kompüterdə olmaqla, bu iki seçimdən birində verə bilərsiniz. Bu seçim sizin yazmaq və ya klaviaturadan istifadə etmək istəyinizdən asılıdır.
Bundan başqa, öz kompüteriniz və ya notbukunuzdan istifadə edərək IELTS Online vasitəsilə evdən IELTS Academic imtahanını verə bilərsiniz. Bu bir sıra ölkələrdə əlçatandır – ölkənizin uyğun olub-olmadığını yoxlamaq üçün buraya daxil olun.
IELTS imtahanının müxtəlif növləri barədə əlavə məlumat üçün hansı imtahanı verməliyəm adlı səhifəmizə baxın.
Sadə qiymətləndirmə – Anlaşılması asandır və geniş şəkildə tanınır
IELTS nəticələrinizi anlamaq asandır. Onların nəticələri 1-dən başlayan (dildən istifadə edə bilməyən) 9-a qədər (mütəxəssis) davam edən şkala üzrə qrup xalları kimi qiymətləndirilir. Məsələn, qrup xalı 6 olan biri "səriştəli istifadəçi" kimi qiymətləndiriləcək.
İmtahanda hər bir hissə üçün ayrı xal var: Dinləmə, Oxuma, Yazı və Danışıq. Bunlar ümumi qrup xalları və ya yarı qrup xalları ola bilər. Ümumi qrup xalınız göstərilən dörd sahədə ortalama performansınıza əsaslanır.
Zəruri olduğu halda xallar nümunədə göstərildiyi kimi aralıqdakı ən yaxın qrup xalına yuvarlaqlaşdırılır:
Dinləmə | Oxuma | Yazı | Danışıq | Ortalama | Ümumi qrup xalı |
6,5 | 6,5 | 5,0 | 7,0 | 6,25 | 6,5 |
İmtahanın necə qiymətləndirildiyini asanlıqla başa düşə bilməyiniz üçün istər kağız üzərində, istər imtahan mərkəzindəki kompüterdə, istərsə də onlayn şəkildə verilən imtahanlarda eyni qiymətləndirmə sistemindən istifadə olunur.
IELTS-in digər üstünlüyü budur ki, o, A1 başlanğıc səviyyədən C2 peşəkar səviyyəyədək şkala ilə dil bacarığını ölçən beynəlxalq standart Dillər üçün Dillər üzrə ümumavropa çərçivə sənədi (CEFR) ilə asanlıqla müqayisə edilə bilər.
IELTS-dən 7 və ya daha yuxarı qrup xalı toplayan biri "səriştəli istifadəçi" kateqoriyasına daxil olsa da, 4,5 və ya daha yuxarı qrup xalı toplayan biri "sərbəst istifadəçi" kimi qəbul edilir.
Xallar və CEFR müqayisələri barədə əlavə məlumatları burada tapa bilərsiniz və yenidən qiymətləndirmə üçün vaxt aralıqları və seçimlər də daxil olmaqla, nəticə və xallarla bağlı tam təlimat üçün bu səhifəyə daxil olun.
Sizi ən yaxşı nəticə əldə etməyə hazırlamaq üçün imtahan öncəsi hərtərəfli dəstək
IELTS-də imtahanı vermədən öncə onun bütün aspektləri ilə tanış olmağa kömək edəcək zəngin hazırlıq materiallarından istifadə edə bilərsiniz. Dildə özünüzü nə qədər səriştəli ifadə etməyinizdən asılı olmayaraq, bu materiallar bacarıqlarınızı təkmilləşdirməyə, inamınızı artırmağa kömək edib imtahan günü üçün sizi tam hazır formaya gətirəcək.
Bu resurslara bir sıra praktika imtahanları və master klasslar ilə birlikdə IELTS Ready Premium, eləcə də vebinar qeydəalmaları, detallı oxuma planları və praktika imtahanlarından ibarət free IELTS practice tests daxildir.
Əlavə sualınız varsa, onları Facebook-da Expert Live sessions vasitəsilə IELTS müəlliminə ünvanlaya bilərsiniz. One-to-one tutoring və personalised online coaching də həmçinin əlçatandır.
IELTS-ə hazırlaşmaq üçün daha çox materialı burada tapa bilərsiniz.
Bütün imtahanı vermədən arzu etdiyiniz xalı toplamaq üçün – One Skill Retake
Yeni funksiya olan IELTS One Skill Retake sayəsində IELTS imtahanını verərkən tam imtahandan yenidən keçmədən spesifik bir dil bacarığında xalınızı artırmaq imkanınız var.
Performansınızı təkmilləşdirmək ehtiyacı hiss edirsinizsə və ya bir bacarıqda, məsələn Dinləmə, Oxuma, Yazı və ya Danışıqda yaxşı performans göstərə bilmədiyinizi düşünürsünüzsə, One Skills Retake-də yalnızca həmin bölməyə fokuslanıb orijinal testdən 60 gün ərzində məhz o bacarıq üzrə yenidən imtahan verə bilərsiniz.
Bundan başqa, One Skill Retake üzrə nəticəni aldıqda orijinal xaldan istifadə etmək belə mümkündür!
Bu funksiya haqqında ətraflı məlumat üçün buraya baxın.