Cümə 15 Fevral 2019

British Council-ın Azərbaycanda Ölkə üzrə Direktoru cənab Samr Şah bu həftə Azərbaycan Mədəniyyət naziri cənab Əbülfəs Qarayevi Britaniya səfərində müşaiyət etmişdir.

Səfər zamanı nazir Əbülfəs Qarayev British Council-ın London şəhərindəki iqamətgahını ziyarət etmiş və sədr cənab Kristofer Rodriges ilə sənət və mədəniyyətin Britaniya- Azərbaycan münasibətlərində və ölkənin iqtisadi inkişafında oynadığı mühüm rola dair fikir mübadiləsi aparmışlar. Bunun nəticəsi olaraq, British Council və Azərbaycan Mədəniyyət Nazirliyi yaradıcılıq, sənətkarlıq sektoru və inklüziv incəsənət kimi sahələrdə əməkdaşlığı genişləndirmək üçün beş illik niyyət razılaşması imzalamışlar. Cənab Əbülfəs Qarayev ilə cənab Samr Şah arasında niyyət razılaşmasının imzalanmasında British Council-ın sədri zati-aliləri cənab Tahir Tağızadə (Azərbaycanın Britaniyadakı Səfiri) iştirak etmişlər. Nazir Əbülfəs Qarayev cənab Kristofer Rodrigezi 2-3 may tarixlərində Bakı şəhərində keçiriləcək Mədəniyyətlərarası Dialoqa dair 5-ci Ümumdünya Forumuna dəvət etmişdir.

“British Council Azərbaycanda yaradıcılıq sahələrinin inkişaf etdirilməsinə dair Nazirin fikirlərindən məmnunluq hiss edir. Belə ki, bu, iqtisadiyyatın diversifikasiyası üçün hökumətin səylərini daha da artıracaq. British Council Birləşmiş Krallığın üstün təcrübəsini və mütəxəssislərini bölüşməklə, Nazirliyə yardım edəcək” deyə cənab Samr Şah bildirmişdir.

Nazir Əbülfəs Qarayev səfəri zamanı həmçinin Birləşmiş Krallığın İncəsənət, İrs və Turizm Naziri Maykl Ellis MP ilə görüşmüşdür. Hər iki tərəf mədəniyyət, yaradıcılıq, irs, turizm, eləcə də, mühafizəkarlıq və inkişaf arasında düzgün balansa nail olmaq kimi məsələlərə dair ortaq maraqları ətrafında məhsuldar söhbət aparmışlar. Nazir Qarayev həmçinin Maykl Ellis MP-ni 5-ci Ümumdünya Forumunda və iyun ayında Bakıda keçiriləcək Dünya İrs Komitəsinin 43-cü Toplantısında iştirak etməyə dəvət etmişdir.

British Council Azərbaycan

Telefon: +994 (0) 12 497 1593 | E-poçt: enquiries@britishcouncil.az

About the British Council

British Council təhsil imkanları və mədəni əlaqələr üçün Birləşmiş Krallığın beynəlxalq təşkilatıdır. Biz 100-dən artıq ölkədə sənəd, mədəniyyət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti kimi sahələrdə fəaliyyət göstəririk. Ötən il biz 75 milyondan çox insanla birbaşa təmas qura bilmişik, əlaqə yaratdığımız insanların cəmi sayı 758 milyon təşkil edir ki, buraya onlayn qaydada, yayım və nəşrlər vasitəsilə əlaqə daxildir. Biz fəaliyyət göstərdiyimiz ölkələrə müsbət töşfə veririk, orada imkanlar yaratmaqla, əlaqələr qurmaqla və etibar qazanmaqla insanların həyatını dəyişirik. 1934-cü ildə əsası qoyulmuş təşkilatımız Britaniyanın xeyriyyə qurumudur və Kraliyyət Fərmanı ilə və Britaniyanın dövlət qurumutərəfindən tənzimlənir. Biz Britaniya hökumətindən 15% maliyyələşmə qrantı alırıq.

British Council Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir.

www.britishcouncil.az

British Council Bərabərlik, Müxtəliflik və İnklüzivlik prinsiplərini rəhbər tutur.