Cümə axşamı 08 July 2021

İqlim dəyişiklikiyi sahəsində görülən işlərə inam yaratmaq üçün bütün dünyada geniş kütlə ilə ünsiyyət qura və onları ilhamlandıra biləcək növbəti istedadlı kommunikator axtarışındayıq. 

Hal-hazırda, Famelab elmi dialoq müsabiqəsinin xüsusi buraxılışı olan FameLab İqlim Dəyişikliyi Kommunikatorları müsabiqəsi üçün qəbullar açıqdır və sentyabrda baş tutacaq tədbirlə sonlanacaq.

Müsabiqə Albaniya, Azərbaycan, Banqladeş, Bosniya və Herseqovina, Botsvana, Braziliya, Çin, Kolumbiya, Efiopiya, Hindistan, İndoneziya, İordaniya, Qazaxıstan, Meksika, Nepal, Pakistan, Peru, Filippin, Serbiya, Türkiyə, Uqanda, Vyetnam ölkələrindən olan elm həvəskarı kommunikatorlar üçün açıqdır.  Müraciətçilər "İqlim dəyişiklikiyi sahəsində görülən işlərə inam yaratmaq" mövzusunda İngilis dilində üç dəqiqəlik öz təşviqedici çıxışlarını lentə almalı və təhvil verməlidirlər.

Elmi çıxışları ilə münsiflərdən keçərli rəy alan on finalçı növbəti mərhələyə keçmək üçün seçiləcəklər və bacarıqlarını daha da təkmilləşdirmək üçün elm sahəsində mütəxəssis kommunikatorlardan iki günlük masterklass alacaqlar. Daha sonra finalçılar virtual səhnədə, 2021-ci ilin sentyabrında YouTube'da yayımlanacaq FameLab Onlayn İqlim Dəyişikliyi final mərhələsində birincilik üçün təkbbətək mübarizə aparacaqlar. Qalibin səyahəti bununla yekunlaşmayacaq. Belə ki, FameLab İqlim Dəyişikliyi üzrə Kommunikator, 2021-ci ilin noyabrında keçiriləcək, dünyada ən qabaqcıl elmi ünsiyyət müsabiqələrindən biri olan Onlayn FameLab Beynəlxalq finalında iştirak edəcək. 

FameLab Çeltenam Festival qurumuna məxsus və onlar tərəfindən yaradılan müsabiqədir. 2021-ci il British Council'ın əməkdaşlığı ilə qlobal səviyyədə keçirilən FameLab Beynəlxalq müsabiqəsinin 15-ci və sonuncu ilidir. Bu ilki tədbirdə kiçik interaktiv onlayn müsabiqələr proqramı təqdim ediləcək və qlobal elmi dialoqun geniş təbliğatına səbəb olan əməkdaşlığın uğuru qeyd olunacaq.

FameLab İqlim Dəyişikliyi Kommunikatorları müsabiqəsində maraqlı müraciətçilər ətraflı məlumat üçün qeydiyyatdan keçib 24 iyun və ya 1 iyulda keçiriləcək Microsoft Teams giriş təlimində iştirak edə bilərlər. FameLab İqlim Dəyişikliyi Kommunikatorları müsabiqəsinə video müraciətlər 27 iyuladək qəbul edilir. Müsabiqə onlayn şəkildə 2021-ci ilin sentyabrında yayımlanacaqdır.

Notes to Editor

FameLab haqqında

FameLab, Birləşmiş Krallıqda Çeltenam Festival qurumuna məxsus və onlar tərəfindən yaradılan müsabiqədir. British Council müsabiqənin digər ölkələrdə keçirilməsi üçün lisenziyaya sahibdir. Ətraflı məlumat üçün: www.britishcouncil.org/education/science/public-engagement/famelab

 İqlim Dəyişikliyi layihəsi haqqında

İqlim Dəyişikliyi layihəsi, British Council üçün iqlim dəyişikliyinə qarşı dialoqlar apardığı, əməkdaşlıqlar qurduğu və addımlar atdığı platforma rolunu oynayır. İqlim dəyişikliyi problemilə bağlı yaradıcı həll yolları və əməkdaşlıqlar vasitəsilə bütün dünya və Birləşmiş Krallıqdan olan 200 milyondan çox insan arasında əlaqə yaradır. 

 Ətraflı məlumat üçün: www.britishcouncil.org/climate-connection

About the British Council

British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz 100-dən çox ölkədə incəsənət və mədəniyyət, ingilis dili, təhsil və mülki cəmiyyət sahələrində çalışırıq. Keçən il biz fəaliyyətimizə birbaşa olaraq 75 milyondan artıq, onlayn, yayımlar və nəşrlər də daxil olmaqla cəmi 758 milyon şəxs cəlb etmişik. Biz çalışdığımız ölkələrdə müsbət nəticələrə nail oluruq - imkanlar yaratmaqla, əlaqələr qurmaqla və inamı artırmaqla həyatları dəyişirik. 1934-cü ildə yaradılmış təşkilatımız Royal Charter və Birləşmiş Krallığın ictimai orqanı tərəfindən idarə olunan BK xeyriyyə təşkilatıdır. Aldığımız maliyyə vəsaitlərinin 15 faizi Birləşmiş Krallıq hökumətindən alınan subsidiyadır.

www.britishcouncil.org

Əlaqəli linklar