Çərşənbə axşamı 09 April 2019

IELTS ötən il ərzində üç milyon yarım imtahanın təşkil edilməsi ilə dünyanın ən tanınmış, geniş istifadə olunan ingilis dili imtahanlarından biridir və 10 000-dən artıq universitet, məktəb, sahibkar və immiqrasiya orqanı tərəfindən tanınır.

Uzun illər ərzində British Council-ın Azərbaycandakı filialı IELTS vasitəsi ilə ölkədə tələbə və mütəxəssislər üçün imkanlar yaratmaq, onlara öz ambisiyalarını həyata keçirməyə kömək etmək işində ön sıralarda olmuşdur. 

İmtahan verənlər və maraqlı tərəflərin təcrübəsinin yaxşılaşdırılması məqsədilə IELTS-i daima təkmilləşdiririk. Bu fəaliyyətin davamı olaraq, artıq Azərbaycanda imtahan verənlər 18 aprel 2019-cu il tarixindən başlayaraq IELTS imtahanlarını Bakıda yerləşən imtahan mərkəzimizdə təqdim olunacaq kompüter əsaslı imtahanın köməyilə verə biləcək.

Kompüter əsaslı IELTS kağız əsaslı IELTS-i əvəz etməyəcək, sadəcə imtahanın keçirilmə tərzi ilə əlaqədar daha çox seçim imkanı təklif edəcək. İmtahan verənlər artıq IELTS imtahanı verərkən özləri üçün ən münasib variant və vaxtı seçə biləcək. Onlar həmçinin nəticələri daha tez - adətən imtahanın tamamlanmasından sonrakı beş-yeddi təqvim günü ərzində əldə edə biləcək. 

İmtahanın məzmunu və strukturu hər iki variantda eyni qalır və ən vacibi, danışıq imtahanı IELTS üzrə təsdiqlənmiş imtahan götürən şəxs ilə üzbəüz şəkildə aparılır. İmtahan verənlərin IELTS imtahanını kağız üzərində və ya kompüter vasitəsilə verməsindən asılı olmayaraq, onlar eyni etibarlı ingilis dili imtahanını verdiklərindən əmin ola bilərlər. 

Kompüter əsaslı həll təhlükəsizdir və dünyanın aparıcı təhlükəsizlik, keyfiyyətin təmin olunması tədbirlərinin, eləcə də IELTS üçün xarakterik olan operativ üstünlüklərin təmin edilməsi imkanına malikdir.

British Council-ın Azərbaycandakı filialının ölkə üzrə direktoru Samr Şah bildirdi ki:  

"30 il ərzində dünyanın ən tanınmış ingilis dili imtahanını müvəffəqiyyətlə təşkil etmişik. İndi isə böyük məmnuniyyətlə Azərbaycanda kompüter əsaslı IELTS imtahanlarının keçirilməsinə başlayırıq. Kompüter əsaslı həll minlərlə şəxsə daha çox seçim imkanı və daha yaxşı təcrübə təklif edərək, onlar üçün aparıcı akademik institutların qapılarını açacaq və karyera perspektivlərini inkişaf etdirəcək".

IELTS-in müvəffəqiyyəti dörd əsas dil bacarığını - dinləmə, danışıq, oxuma və yazma bacarıqlarını yoxlayan imtahanın yüksək keyfiyyətinə əsaslanır. O, Birləşmiş Krallıq və Avstraliyadakı xüsusi tədqiqat qrupları tərəfindən dəstəklənir və dünyanın 140-dan çox ölkəsində yerləşən mərkəzlər tərəfindən keçirilir.

Azərbaycanda kompüter əsaslı IELTS imtahanları Bakı şəhəri, Nizami küçəsi 90A ünvanında yerləşən Landmark Biznes Mərkəzində keçiriləcək. 

Daha ətraflı məlumat üçün British Council-ın Azərbaycandakı filialının internet səhifəsinə nəzər salın.

Notes to Editor

Kompüter əsaslı IELTS imtahanı haqqında

Kompüter əsaslı IELTS imtahanlarının keçirilməsi 2017-ci ilin dekabr ayında Avstraliyada başlanıb və hazırda bu üsul dünyanın müxtəlif yerlərində olan IELTS imtahan şəbəkəsində tətbiq olunur. İmtahan məzmunu, balların verilməsi, çətinlik səviyyəsi, sualların formatı və təhlükəsizlik tədbirləri baxımından kağız əsaslı IELTS imtahanı ilə eynidir. 

Kompüter əsaslı IELTS dinləmə, oxuma və yazma imtahanlarını əhatə edir. Üzbəüz imtahan ünsiyyət üçün daha etibarlı göstərici olduğundan və müştərilərimizin bu üsulu təbii hesab etmələri səbəbindən danışıq imtahanı üzbəüz şəkildə keçirilməyə davam edəcək.

Bu yeni variant kağız əsaslı IELTS-i əvəz etməyəcək, sadəcə imtahanın keçirilmə tərzi ilə əlaqədar daha çox seçim təklif edəcək.

Kompüter əsaslı IELTS imtahanının nəticələri bütün imtahan bölmələrinin tamamlanmasından sonrakı 5-7 gün ərzində təqdim olunacaq.

IELTS tərəfdaşları IELTS təcrübəsini genişləndirmək məqsədilə daim imtahanların inkişaf etdirilməsi istiqamətində çalışır.

Kompüter əsaslı IELTS imtahanları haqqında daha ətraflı məlumat əldə etmək üçün baxın: https://takeielts.britishcouncil.org/ielts-on-computer

Əlavə məlumat əldə etmək üçün əlaqə saxlayın:

Einar Iliyev | Marketinq üzrə Menecer | einar.iliyev@britishcouncil.org

Nargiz Akbarova | İmtahanlar üzrə Meneceri | nargiz.akbarova@britishcouncil.az

About the British Council

Beynəlxalq İngilis Dili İmtahanı Sistemi (IELTS)

IELTS Beynəlxalq İngilis Dili İmtahanı Sistemidir. İngilis dili üzrə ali təhsil və qlobal miqrasiya üçün dünyanın ən tanınmış imtahanı hesab olunan IELTS imtahanında ötən il ərzində 3 milyondan artıq insan iştirak edib. 

10 000-dan artıq təşkilat IELTS-ə güvənir və onu təhsil, immiqrasiya və peşəkar akkreditasiya məqsədləri ilə ingilis dilində həqiqi ünsiyyət qura bilmək bacarığının təhlükəsiz və etibarlı göstəricisi kimi qəbul edir. 

IELTS – British Council, IDP: IELTS Avstraliya və Cambridge Assessment English-in birgə mülkiyyətindədir.

British Council Birləşmiş Krallığın təhsil imkanları və mədəni əlaqələr üzrə beynəlxalq təşkilatıdır və 100-dən artıq ölkədə 800-dən artıq yerdə IELTS imtahanlarını təşkil edir.