British Council 2021-ci ilin ən genişmiqyaslı video konkursu olan Creative Spark Big Idea Müsabiqəsinin reallaşdırılması məqsədilə London Metropolitan Universiteti ilə səylərini birləşdirdi.
Müsabiqə 18 və 35 yaş arası minlərlə gəncə öz biznes ideyalarını irəli sürmələri və sahibkarlıq bacarıqlarını təkmilləşdirmələri üçün şərait yaradır. Gənc sahibkarlar, eyni zamanda, platforma sayəsində karyera perspektivləri və reputasiyalarını yüksəltmək imkanı əldə edirlər. Xüsusilə də gənclər arasında işsizliyin aktual olduğu və Covid-19 pandemiyasının bütün dünya iqtisadiyyatını əylətdiyi dövrdə sözügedən təşəbbüs olduqca əhəmiyyətlidir.
Bu il, həm də yeni kateqoriya olan İqlim dəyişikliyi kateqoriyasında da mükafatlandırma aparılacaqdır. Burada, cəmiyyət diqqət mərkəzində olmaqla, yerli və milli səviyyədə, planetimizi və onun sərvətlərini qorumaq məqsədilə iqlim dəyişikliyinin ortaya çıxardığı problemlər və onların təsirlərini əhatə edən biznes fikirləri nümayiş etdirilir.
Finalçılar, sahibkarlığın tədrisi və yaradıcı sahibkarlıq sahəsində yüksək təcrübəyə sahib beynəlxalq və milli münsiflər heyəti tərəfindən seçilmişdir. İctimaiyyət, Xalqın Seçimi Mükafatının Qalibini seçmək üçün bugündən etibarən 2021-ci il 18 iyuladək, veb səhifəsində səsvermədə iştirak edə bilərlər. Ötən il, demək olar ki, 100 000-dək insan Xalqın Seçimi mükafatının qalibini müəyyənləşdirmək üçün səsvermədə iştirak etmiş və komandalara beynəlxalq arenada olduqca dəyərli şans qazandırmışdılar.
Müsabiqə Azərbaycan da daxil olmaqla yeddi ölkədə, 5-18 iyul tarixləri arasında keçiriləcəkdir. Ötən iki il ərzində 920 yeni biznes fikri qəbul etmiş, 110 ali təhsil və yaradıcı müəssisə tərəfindən dəstək almış, 122 000-dən çox insanın səsvermədə iştirakına nail olmuşuq.
Azərbaycanda hər bir kateqoriyada qaliblər 3 000 funt sterlinq maliyyə və individual mentor dəstəyi və Sprint Startap Kursunda iştirak etmək imkanı qazanacaq.
Finalçılar haqqında ətraflı məlumatı buradan və ya aşağıda yerləşdirilmiş pres-relizi yükləməklə oxuya bilərsiniz.