Bazar ertəsi 15 July 2019

British Council Birləşmiş Krallıqda təhsil almış məzunların diqqətəlayiq nailiyyətlərinə həsr edilmiş nüfuzlu mükafatların təqdimatının altıncı ilinə başlayır. Study UK: Alumni Awards Britaniya universitetlərinin məzunlarının uğur hekayələrini qeyd edən, Birləşmiş Krallıqdan kənarda yaşan məzunlara açıq olan bir mükafatdır.

Mükafatların qalib və finalçıları Birləşmiş Krallıq universitetlərində təhsil almaq təcrübələrini öz cəmiyyətlərinə, sənaye sahələrinə və ölkələrinin inkişafına müsbət töhfələr vermək üçün istifadə etmiş və öz sahələrində lider olan şəxslərdir. Study UK Alumni Awards Birləşmiş Krallığın ali təhsilinin təsir və dəyərinə həsr edilib və bunu nümayiş etdirir. Bu mükafatlar Birləşmiş Krallıqın məzunlarının, onların təhsil aldığı universitetlərində və ümumilikdə Birləşmiş Krallıq təhsilinin beynəlxalq profilini yüksəldir.

Mükafatlar Birləşmiş Krallıqdan kənarda hər hansı ölkədə yaşayan, ya Birləşmiş Krallıqda, ya da Birləşmiş Krallığın universitet dərəcəsi üzrə təhsilinin rəsmi olaraq qəbul edilmiş təchizatçısının təhsil müəssisəsində ən az bir semestr və ya sessiya müddətində təhsil almış, yaxud yerli xarici təhsil müəssisəsinin vasitəsilə Birləşmiş Krallıq universitetindən bakalavr dərəcəsi (və ya daha yüksək dərəcə) almış məzunlar üçün açıqdır.

Birləşmiş Krallıq universitetlərinin məzunları 3 iyul 2019-cu il tarixindən etibarən özləri müraciət edə, yaxud onların namizədliyi başqa biri tərəfindən irəli sürülə bilər. Məzunların namizədliyinin irəli sürülməsi 1 sentyabr, ərizələrin verilməsi isə 15 sentyabr 2019-ci il tarixində yekunlaşır. Bütün uyğun gələn namizədlər qlobal Alumni Awards və Azərbaycanda keçirilən milli Alumni Awards müsabiqədə iştirak edəcək.

Milli Alumni Awards finalçıları 2019-cu ilin dekabrında elan ediləcək və qaliblər təntənəli mərasimlərdə elan ediləcək. Qlobal Alumni Awards finalçıları 2020-ci ilin martında elan ediləcək, daha sonra isə 2020-ci ilin mart/aprel aylarında qaliblər elan ediləcək. Qalib olmuş məzunların uğur hekayəsi və müvəffəqiyyətini təbliğ edən rəqəmsal kampaniya ilə qeyd ediləcək. Mükafat sahibləri Birləşmiş Krallıqa peşəkar şəbəkələrin yaradılması məqsədi daşıyan səfərlərinin sayəsində beynəlxalq profillərini qaldırmaq, peşəkar şəbəkələrini genişləndirmək, karyera yolunda irəli getmək imkanı əldə edəcək.

Milli səviyyəli mükafat mərasimləri Azərbaycan, Çin, Misir, Yunanıstan, Hindistan, Küveyt, Malayziya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Tayland və Türkiyədə keçirilir. 

Bundan əlavə, Azərbaycanda ilk dəfə Birləşmiş Krallıqda bakalavr dərəcəsi (və ya daha yüksək dərəcə) almaq üçün, 2004-cü ilə qədər təhsil almış, ölkənin Birləşmiş Krallıq ilə münasibətlərinə böyük töhfə verilmiş məzunların tanınması üçün pilot Həyatdakı Uğur Mükafatı (Lifetime Achievement Award) təqdim ediləcək.

Notes to Editor

Əlavə məlumat əldə etmək üçün əlaqə saxlayın:

Nərgiz Hüseynova, İngilis dili və Təhsil üzrə meneceri | British Council Azərbaycandakı ofisi | nargiz.huseynova@britishcouncil.az | +994 (0) 12 497 1593

Einar Iliyev, Marketinq üzrə meneceri | British Council Cənub Qafqazdakı ofisləri | einar.iliyev@britishcouncil.org | +994 (0) 12 497 1593

Uyğunluq meyarı və iştirak edən ölkələr haqqında daha ətraflı məlumat almaq üçün https://study-uk.britishcouncil.org/alumni-awards linkinə nəzər salın.

Study UK: Alumni Awards Azərbaycanda təqdim edilməsi haqqında daha ətraflı məlumat almaq üçün: https://www.britishcouncil.az/en/study-uk/alumni-awards-2020 

Alumni Awards 2018-19 illərdə qalibləri: https://study-uk.britishcouncil.org/alumni-awards/winners   

Alumni Awards\ Twitter, Facebook və Instagram sosial şəbəkələrdə izləyin.

Alumni Award kateqoriyaları

Peşəkar Nailiyyət mükafatı 

Öz sahələrində nümunəvi rəhbərlik və nailiyyətlərlə fərqlənmiş və nailiyyətlərinin təsirini və miqyasını öz peşə istiqamətləri çərçivəsində və ondan kənarda nümayiş etdirə bilən Birləşmiş Krallıq məzunlarını qiymətləndirən mükafat.

Sahibkarlıq üzrə mükafat 

Müsbət sosial dəyişikliklərə nail olmaq və başqalarının yaşayış səviyyələrinin təkmilləşdirilməsi sahəsinə müstəsna töhfələr vermiş və bu istiqamətdə xidmətlər göstərmiş Birləşmiş Krallıq məzunlarını qiymətləndirən mükafat.

Sosial Təsir mükafatı

Güclü inkişaf potensialına malik innovativ və ya yaradıcı yeni ideya, həll və ya biznes imkanlarını irəli sürmək və ya onları dəstəkləmək baxımından fəal olan Birləşmiş Krallıq məzunlarını qiymətləndirən mükafat. 

Həyatdakı Uğur Mükafatı – yalnız Azərbaycan və Yunanıstandan olan məzunlar üçün

Birləşmiş Krallıqda son 15 il müddətindən əvvəl təhsil alan və fəaliyyətindən və bu sahədə əldə etdiyi nüfuzdan göründüyü kimi, ölkəsi ilə Birləşmiş Krallıq arasında münasibətlərə böyük töhfə vermiş, seçilmiş ölkələrdən olan məzunları qiymətləndirən mükafat.

About the British Council

British Council Birləşmiş Krallığın mədəni əlaqələr və təhsil imkanları üzrə beynəlxalq təşkilatıdır. Biz 100-dən çox ölkə ilə incəsənət və mədəniyyət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıq edirik. Keçən il səsimizi 75 milyondan çox insana birbaşa yolla, ümumilikdə 758 milyon insana isə onlayn şəkildə, yayımlar və nəşrlər vasitəsilə çatdırmışıq. Biz əməkdaşlıq etdiyimiz ölkələrə töhfəmizi veririk – imkanlar yaradaraq, əlaqələr quraraq və etibarımızı möhkəmlədərək insanların həyatını dəyişirik. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası əsasında fəaliyyət göstərən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyuq. Biz Birləşmiş Krallıq hökumətindən 15% əsas maliyyələşdirmə qrantı alırıq.

www.britishcouncil.az

British Council Bərabərlik, Müxtəliflik və İnklüzivlik prinsiplərinin tərəfdarıdır.

See also

Əlaqəli linklar