British Council Azərbaycanda keçirilən StudyUK Məzun Mükafatları 2020-2021 müsabiqəsinin doqquz finalçısını elan edir.
Bu finalçılar, sahibkar və biznes sahəsi üzrə mütəxəssis, icma rəhbərləri kimi təqdirəlayiq nailiyyətlərinə və Azərbaycan – Böyük Britaniya arasında əməkdaşlıq əlaqələrini gücləndirərək əhəmiyyətli rol oynadıqlarına görə dünya miqyasında 1300 namizəd arasından seçilmişdir.
Mükafata layiq görülən qalib namizədlərin adları virtual mükafat mərasimində açıqlanacaq. British Council-ın Azərbaycandakı ofisi mərasimin keçirilmə tarixini yanvar ayında elan edəcəkdir.
Prestijli beynəlxalq mükafat bütün dünyada Böyük Britaniyada ali təhsilin və orada təhsilini bitirmiş məzunların vuğurlarını qeyd edir. Müsabiqənin yeddinci ilində Birləşmiş Krallığın 148-dən çox təhsil müəssisəsini təmsil edən 114-dən çox ölkədən olan məzun müsabiqəyə namizəd kimi müraciət etmişdir.
Azərbaycanda istənilən kateqoriyada mükafatın sahibləri seçdikləri virtual professional inkişaf imkanı əldə etmək məqsədilə 3000 funt-sterlinq (6,924 AZN) dəyərində pul mükafatı qazanacaq.
Öz professional sahəsində örnək liderlik nümayiş etdirərək seçilən məzunlar üçün Peşəkar Nailiyyət Mükafatı kateqoriyasında finalçılar:
- Günel Mehdiyeva - Nottinqham Universiteti məzunudur. Günel hal-hazırda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə gender məsələləri üzrə milli ekspert kimi fəaliyyət göstərir və səhmdarlar, eyni zamanda xanım fermerlərlə gender sahəsində tədqiqat və analiz işləri aparır. Oxfam, UNFPA, FAO, EU və GIZ kimi beynəlxalq təşkilatlarda altı ildən çox təcrübəsi vardır.
- Cəmalə Əliyeva - Birminqham Universiteti məzunudur. Cəmalə Azərbaycan Respublikası Dövlət Neft Fondunda (SOFAZ) PR departamentinin rəhbəridir, eyni zamanda CIPR (UK) qurumunda xüsusi təyin edilmiş PR praktikant və üzv kimi fəaliyyət göstərir. Azərbaycan KİV-lə effektiv əməkdaşlığına görə dəfələrlə müxtəlif mükafatlara layiq görülmüşdür.
- Nərmin Axundova - Esseks Universiteti məzunudur. Nərmin molekulyar biologiya üzrə bioloqdur. O, Azərbaycan Ərzaq Təhlükəsizliyi İnstitutunda Elmi Tədqiqat və Risklərin Qiymətləndirilməsi departamentində aparıcı mütəxəssisdir.
Cəmiyyətdə müsbət sosial fərqlilik reallaşdıraraq müstəsna fəaliyyət göstərən məzunlar üçün Sosial Təsir Mükafatı nəzərdə tutulmuşdur və finalçıların adları aşağıda qeyd edilmişdir:
- Fərid Adilov - Nyukasl Universiteti məzunudur. Fərid Adilov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisidir. Fəridin Dövlət Komitəsindəki işi, uşaqlarla əlaqəli bir çox məsələlərin həlli ilə əlaqədardır.
- Məryəm Tağıyeva - Vorvik Universiteti məzunudur. Məryəm blockchain mütəxəssisi və beynəlxalq profilə sahib spikerdir. Azərbaycanın ən böyük proqram təminatı və təchizatçılarından biri olan IDRAK Technology Transfer-də fəaliyyət göstərir. Müstəqil olaraq Azərbaycan Gəncliyinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) adlı gənclər QHT-si kimi müxtəlif təşəbbüslərə rəhbərlik edir.
- Sovgat Əzimova - Bristol Universiteti məzunudur. Sovqat təhsil sahəsində çalışan layihə mütəxəssisidir. Kəndlərdə yaşayan kiçik yaşlı uşaqlar üçün məktəbəqədər təhsilə giriş imkanlarının artırılması istiqamətində çalışır. Əsas marağı müxtəliflik barədə məlumatlılığı artırmaq və təhsildə inklüzivliyi təşviq etməkdir.
Öz professional sahəsində örnək liderlik nümayiş etdirərək seçilən məzunlar üçün Sahibkarlıq Mükafatı kateqoriyasında finalçılar:
- Fidan Cavadova - London Kings Kolleci məzunudur. Fidan BeWorks Automation qurumunun təsisçisidir. O, innovator kimi Böyük Britaniya və Azərbaycanda öz təcrübəsinən bəhrələnərək fəaliyyətə nəzarətin avtomatlaşdırılması, yenilənə bilən və elektrikli infrastrukturun inkişafı sahəsində işlər görür.
- Cavid Qara - Bristol Universiteti məzunudur. Cavid Camping Azerbaijan məhdud məsuliyyətli şirkətinin yaradıcısı və bələdçisidir. Camping Azerbaijan şirkəti Azərbaycanın bölgələrini əhatə edən ekoturizm şirkətidir. O, yaşıl platformada Azərbaycan parlament seçkilərində namizəd olaraq iştirak edərək, xüsusilə meşələrin kəsilməsi və yaşayış yerlərinin itirilməsi mövzularında öz əks mövqeyinin bildirmişdir.
- Zülfiyyə Əliyeva - SOAS London Universitetinin məzunudur. Zülfiyyə, məşhur idman geyimləri markası MESHQUE şirkətinin yaradıcısıdır. Şirkət geyimlərin istehsalında yerli mənbələrdən faydalanır.
Bu ilin nümunəvi finalçıları və münsiflər heyəti haqqında daha ətraflı oxumaq üçün aşağıdakı linkə keçid edin: https://bit.ly/2KzbHz1
British Council’ın ölkə üzrə direktoru, Cənab Samr Şah bildirir:
"...Bu ilki finalçılar Birləşmiş Krallıqdakı təhsilin müasirdünyada həyatları dəyişdirən təsirini, müxtəlifliyini və aktuallığını təmsil edirlər."”
Əlavə məlumat üçün, Marketinq üzrə menecer Eynar İliyevlə əlaqə saxlayın, einar.iliyev@britishcouncil.org