British Councilin Azərbaycan Ofisi təcrübə proqramı elan edir.

Details

Müddət 3 ay
İş saatları Yarım və ya tam gün (günlük 4 və ya 8 iş saatı), 1 saat yemək fasiləsi.
Son müraciət tarixi Bazar 12 June 2016

Ümumi rol

Təcrübə proqramının məqsədi tələbələr və gənc mütəxəssislər üçün şəxsi və peşəkar inkişaf imkanları təmin etməkdir. Uğurlu namizədlər Birləşmiş Krallıq və British Councili dəyərli tərəfdaş və peşəkarlıq mənbəyi kimi təşviq etmək üçün Proqlamlar komandasında işləyəcək, British Councilin ziyarətçilərinə, müştərilərinə və kontaktlarına müştəri xidmətləri göstərəcək.

Tələb olunan bacarıq və təcrübələr

  • Universitet və ya kollecin yeni məzunu olmaq.
  • Yüksək ünsiyyət qurma bacarığı.
  • Mədəni əlaqələrdə beynəlxalq təşkilatlarla işləmək üçün bacarıq və yüksək motivasiya.
  • Mükəmməl yazılı və şifahi Azərbaycan və İngilis dili bacarığı. Rus dili biliyi arzuolunandır.
  • Kompyuter bilikləri: Microsoft Office, Outlook/Internet.
  • Gərgin iş şəraitində öyrənmək bacarığı: Təyziq altında işləmək, işləri prioritetliyinə görə ayırmaq və şəxsi təşəbbüs nümayiş etdirmək.
  • Nəticə əldə etmək üçün uyğunlaşa bilən, pro-aktiv və və həvəsli komanda üzvü olmaq.

British Councilin Azərbaycandakı fəaliyyəti ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün xahiş edirik internet səhifəmizə daxil olun: www.britishcouncil.az

Necə müraciət etməli

Maraqlanan namizədlər müraciət formasını doldurmalı və HR1@britishcouncil.az ünvanına göndərməlidirlər.

Xahiş edirik emailinizin başlığında qeyd edin: British Council təcrübə proqramına müraciət.

Son müraciət tarixi: 12 iyun 2016-cı il, saat 17:00

Sadəcə seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.