İnkişafa başlamaq üçün ilk addım ingilis dilidir!

Övladınıza rəqabət üstünlüyü qazandıraraq uğura gedən yolunu açın. Secondary Plus ingilis dili kursu 11-17 yaşlı yeniyetmələrin ingilis dilində səlis danışmaqlarını, akademik özünəinam qazanmaqlarını və ünsiyyət bacarıqlarını inkişaf etdiririr. Qlobal dünyada əlaqələr qurmalarına və irəliləmələrinə kömək edir. Onlara universitetdə və daha sonra uğur qazanmaq üçün mükəmməl bir təməl verin.

Niyə valideynlər bizi seçir:

  • 90 ildən çox təcrübə
    Hər il milyonlarla insanın etibar etdiyi, dünyanın hər yerində tətbiq olunan materiallar və metodlar
  • Ekspertlərlə çalışmaq
    Bütün müəllimlərimiz Cambridge Universiteti tərəfindən verilən beynəlxalq CELTA sertifikatına sahibdir
  • Onlayn Öyrənmə Mərkəzi (Learning Hub)
    Bu platforma sayəsində övladınız dərsdən əvvəl və sonra da öyrənməyə davam edir. Müstəqil, öz tempində və təhlükəsiz onlayn mühitdə.
  • Dünyanın hər yerindən dostlar
    Dünyanın müxtəlif ölkələrindən olan British Council şagirdləri ilə ingilis dilində ünsiyyət quraraq beynəlxalq dostlar qazanmaq şansı
  • Komanda işi, problem həlletmə və kommunikasiya bacarıqların inkişafı
    Övladınızın qlobal dünyada uğur qazanması üçün lazım olan özünəinam və insan münasibətləri bacarıqları
  • Akademik inkişafın izlənilməsi
    Müntəzəm yazılı hesabatlar övladınızın akademik nailiyyətləri barədə sizə aydın məlumat verir

Təqvim:

Akademik il 06 Oktyabr 2026 – 12 İyun 2027
Tədris müddəti 32 təqvim həftəsi
Qış tətili 31 Dekabr 2026 – 4 Janvar 2027
Bir dərsin müddəti 90 dəqiqə
Format Onlayn

Kursun qiyməti (son qalan yerlərə xüsusi endirim): 

Tam akademik il (8 ay üçün nağd ödəniş) Tam akademik il (aylıq ödəniş)
1456 AZN (30% endirim) 1664 AZN (20% endirim) / aylıq 208 AZN

Cədvəl:

Bazar ertəsi və Çərşənbə: 18:00–19:30 — A1 səviyyə
Bazar ertəsi və Çərşənbə: 19:45–21:15 — A2 səviyyə
Çərşənbə axşamı və Cümə axşamı: 18:00–19:30 — B1 səviyyə
Çərşənbə axşamı və Cümə axşamı: 19:45–21:15 — B2 səviyyə

Ödəniş bütün akademik ili (Oktyabr-İyun) əhatə edir. Əgər siz dərslərə akademik il başladıqdan sonra qoşulursunuzsa, ödəniş qalan dərs saatlarına uyğun yenidən hesablanır.

“Secondary Plus” kursu üçün lazım olan tədris materialları British Council tərəfindən ödənişsiz təmin edilir.

Şagirdlər burada necə öyrənəcək?

  • Məktəb imtahanlarında və xarici universitetlərdə uğur qazanmaq üçün praktikalar
    Real layihələrin icrası ilə övladınız məktəbdə, imtahanlarda və xarici universitetlərdə lazım olacaq dil səlisliyini və təhsil vərdişlərini, eləcə də ətrafındakı dünyaya dair qlobal baxış bucağını inkişaf etdirəcək.
  • İnduvidual rəhbərlik
    Təcrübəli müəllimlərimiz hər bir şagirdə fərdi rəy və dəstək verirlər. İmtahan stressi olmadan aparılan qiymətləndirmələr və fərdiləşdirilmiş onlayn idarəetmə paneli övladınıza böyük uğurlar və inkişaf sahələri barədə düşünməyə kömək edir və yol boyu fərqindəliyini artırır.
  • İngilis dilindən əlavə bacarıqların inkişafı
    Dil öyrənməklə yanaşı şagirdlər yaradıcılıq, liderlik və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirir. Açıq müzakirə aparmaq və fikirlərini bölüşmək üçün özünəinam qazanırlar, hansı ki, bunlar dünyanın hər yerində fərqlənməyə kömək edən bacarıqlardır.

Övladınız buranı özünəinamlı, ingilis dilində səlis danışan, iddialı, müstəqil və mədəni cəhətdən məlumatlı qlobal vətəndaş kimi tərk edəcək!

+994 10 234 18 20 nömrəsi ilə bizimlə birbaşa əlaqə saxlaya bilərsiniz. İş saatlarımız: Bazar ertəsi – Cümə, 10:00–18:00.