31 iyul tarixinə qədər qeydiyyatdan keçib 5% erkən qeydiyyat endirimindən yararlana bilərsiniz!

İnkişafa başlamaq üçün ilk addım ingilis dilidir!

Övladınıza rəqabət üstünlüyü qazandıraraq uğura gedən yolunu açın. Secondary English ingilis dili proqramı 11-17 yaşlı yeniyetmələrə ingilis dilində səlis danışıq, akademik özünəinam və ünsiyyət bacarıqlarını inkişaf etdirməyə, qlobal dünyada əlaqələr qurmalarına və irəliləmələrinə kömək edir. Onlara universitetdə və ondan sonra uğur qazanmaq üçün mükəmməl bir təməl verin.

Niyə valideynlər bizi seçir:

  • 90 ildən artıq təcrübə
    Hər il milyonlarla insanın etibar etdiyi, dünyanın hər yerində tətbiq olunan sınaqdan keçmiş materiallar və metodlar.
  • Ekspertlərlə çalışmaq
    Bütün müəllimlərimiz Cambridge Universiteti tərəfindən verilən beynəlxalq CELTA sertifikatına sahibdir. 
  • Onlayn Öyrənmə Mərkəzi (Learning Hub)
    Bu platforma sayəsində övladınız dərsdən əvvəl və sonra da öyrənməyə davam edir. Müstəqil, öz tempində və təhlükəsiz onlayn mühitdə.
  • Dünyanın hər yerindən dostlar
    Dünyanın müxtəlif ölkələrindən olan British Council şagirdləri ilə ingilis dilində ünsiyyət quraraq beynəlxalq dostlar qazanmaq şansı.
  • Rahat və təhlükəsiz öyrənmə mühiti
    Tədris Mərkəzimiz Avropa Azərbaycan Məktəbində yerləşir. Uşaqların təhlükəsizliyi və öyrənməsi üçün nəzərdə tutulmuş, tam təchizatlı kampusdur.
  • Komanda işi, problem həlletmə və kommunikasiya bacarıqların inkişafı
    Övladınızın qlobal dünyada uğur qazanması üçün lazım olan özünəinam və insan münasibətləri bacarıqları.
  • Akademik inkişafın izlənilməsi
    Müntəzəm yazılı hesabatlar övladınızın akademik nailiyyətləri barədə sizə aydın məlumat verir.

Övladınız burada necə öyrənəcək?

  • Məktəb imtahanlarında və xarici universitetlərdə uğur qazanmaq üçün praktikalar
    Real layihələrin icrası ilə övladınız məktəbdə, imtahanlarda və xarici universitetlərdə lazım olacaq dil səlisliyini və təhsil vərdişlərini, eləcə də ətrafındakı dünyaya dair qlobal baxış bucağını inkişaf etdirəcək.
  • İnduvidual rəhbərlik
    Təcrübəli müəllimlərimiz hər bir şagirdə fərdi rəy və dəstək verirlər. İmtahan stressi olmadan aparılan qiymətləndirmələr və fərdiləşdirilmiş onlayn idarəetmə paneli övladınıza böyük uğurlar və inkişaf sahələri barədə düşünməyə kömək edir və yol boyu fərqindəliyini artırır.
  • İngilis dilindən əlavə bacarıqların inkişafı
    Dil öyrənməklə yanaşı şagirdlər yaradıcılıq, liderlik və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirir. Açıq müzakirə aparmaq və fikirlərini bölüşmək üçün özünəinam qazanırlar, hansı ki, bunlar dünyanın hər yerində fərqlənməyə kömək edən bacarıqlardır.

TƏQVİM:

Akademik il 22 Sentyabr 2026 – 29 May 2027
Tədris müddəti 32 təqvim həftəsi
Qış tətili 31 Dekarb 2026 – 4 Janvar 2027
Bir dərsin müddəti 90 dəqiqə
Dərs cədvəli — Seçim 1 Çərşənbə axşamı və Cümə axşamı, 17:00–18:30
Dərs cədvəli — Seçim 2 Çərşənbə axşamı və Cümə axşamı, 18:45–20:15
Dərs cədvəli — Seçim 3 Şənbə günü, 09:00–12:15 (fasilələrlə)

Boş yerlər mövcud olduqda yeni şagirdlər akademik il başlayandan sonra da dərslərə qoşula bilərlər.

Kursun qiyməti:

  Tam akademik il  Hissə-hissə ödəniş zamanı qiymət (4 dəfəyə)
Oflayn 2070 AZN 2300 AZN (4 ödəniş×575 AZN)
Onlayn 1872 AZN 2080 AZN (4 ödəniş×520 AZN)

Ödəniş bütün akademik ili əhatə edir. Əgər siz dərslərə akademik il başladıqdan sonra qoşulursunuzsa, ödəniş qalan dərs saatlarına uyğun yenidən hesablanır.

Eyni ailədən olan 2 və ya daha çox uşaq proqrama qoşulduğu halda əlavə 5% endirim tətbiq edilir ümumi ödənişə.

“Secondary Plus” kursu üçün lazım olan tədris materialları British Council tərəfindən ödənişsiz təmin edilir.

Övladınız buranı özünəinamlı, ingilis dilində səlis danışan, iddialı, müstəqil və mədəni cəhətdən məlumatlı qlobal vətəndaş kimi tərk edəcək!

+994 10 234 18 20 nömrəsi ilə bizimlə birbaşa əlaqə saxlaya bilərsiniz. İş saatlarımız: Bazar ertəsi – Cümə, 10:00–18:00.