Bu məqalədə:
- IELTS üçün niyə qrammatikaya ehtiyacınız var.
- IELTS-də qrammatika necə qiymətləndirilir.
- IELTS üçün bilməli olduğunuz beş qrammatik əsas.
- IELTS Yazı bölməsi üçün Qrammatika.
- IELTS Danışıq bölməsi üçün Qrammatika.
- IELTS Dinləmə və Oxuma bölmələri üçün Qrammatika.
IELTS xaricdə yeni işdə və ya təhsil ocağında uğur qazanmaq üçün zəruri olan bütün ingilis dili bacarıqlarını qiymətləndirir. O, dörd bölmədən ibarətdir: Dinləmə, Oxuma, Yazı və Danışıq. Tələblərinizdən asılı olaraq, iki IELTS imtahanından birini – IELTS Academic və ya IELTS General Training verə bilərsiniz.
Hansı imtahanı verməyinizdən asılı olmayaraq, ingilis dilinin strukturunu və ondan istifadə qaydasını əhatə edən qrammatika çox mühüm bir hissədir.
IELTS üçün niyə qrammatikaya ehtiyacınız var
Qrammatika danışmaq, oxumaq və dili anlamaq qabiliyyətimizin böyük bir hissəsini əhatə edir. IELTS-də xüsusi bir qrammatika bölməsi olmasa da, IELTS Yazı və Danışıq bölmələrində uğur əldə etmək üçün qrammatikanın əsaslarını anlamalısınız, o cümlədən yaxşı qrammatika biliyi Dinləmə və Oxuma üçün də vacibdir.
IELTS Academic üçün Qrammatika
IELTS Academic imtahanı ingilis dili bilik səviyyənizin akademik mühit üçün uyğun olub-olmadığını ölçür. Akademik dil gündəlik ingilis dilindən daha rəsmidir, bu səbəbdən akademik yazının əsaslarını anlamağınız vacibdir.
Akademik yazıda qrammatika üçün bəzi tövsiyələr:
- Məlum və məchul növdən necə və harada istifadə edəcəyinizi anladığınıza əmin olun. Məlum növ qısa olsa da, bəzən rəsmi yazıda məchul növün istifadəsi tələb olunur.
- Akademik yazı üçün uyğun durğu işarələri mühümdür. İki nöqtə, nöqtəli vergül, apostroflar, mötərizələr və digər durğu işarələrini necə və nə vaxt istifadə edəcəyinizi anladığınıza əmin olun.
- Akademik mətnlərdə vacib məqam olan baş verənləri, baş verəcəkləri və baş verə biləcəkləri düzgün şəkildə çatdırmaq üçün doğru zaman formasından istifadə etmək vacibdir.
IELTS General Training üçün Qrammatika
IELTS General Training imtahanı praktiki, gündəlik kontekst daxilində ingilis dili biliyinizi ölçür. Bu imtahan üçün tapşırıqlar həm iş mühiti, həm də sosial vəziyyətləri əks etdirir.
Gündəlik danışıqdakı qrammatika üçün bəzi tövsiyələr:
- Cümlə quruluşunu mənimsəmək çətin ola bilər, lakin müxtəlif və sadə cümlə quruluşları dildən nə qədər rahat istifadə etdiyinizə böyük təsir göstərə bilər.
- Gündəlik nitqdə vacib olduğu üçün sözlərin cümlədə yerləşdirilmə qaydasını başa düşdüyünüzə əmin olun.
- İnsanların gündəlik ünsiyyətdə tez-tez istifadə etdiyi ifadələr olan "get the ball rolling" və ya "touch base" kimi frazeoloji birləşmələrə diqqət yetirin.
Əlavə məlumat üçün qrammatikanın əsasları səhifəsinə baxın.
IELTS üçün qrammatika necə qiymətləndirilir?
Yazı və Danışıq bölmələrinin hər biri qrammatika da daxil olmaqla, dörd müxtəlif xüsusiyyət əsasında qiymətləndirilir.
Yazı üzrə qrup xalı xüsusiyyətləri
IELTS-in Yazı bölməsi dörd xüsusiyyət əsasında qiymətləndirilir:
- Tapşırığı yerinə yetirmə (cavabınız tapşırıq tələblərini nə qədər yaxşı əhatə edir)
- Fikirlər arasında uyğunluq və bağlılıq (mətninizin axıcılığı və quruluşu)
- Leksik resurs (söz bazası və yazı qaydası)
- Qrammatik strukturlar və dəqiqlik (qrammatik qabiliyyətiniz)
Aşağıda qrammatika bölməsinin necə qiymətləndirilməsi ilə bağlı məlumatları tapa bilərsiniz.
Qrup xalı | Qrammatik strukturlar və dəqiqlik |
9 |
|
8 |
|
7 |
|
6 |
|
5 |
|
4 |
|
3 |
|
2 |
|
1 |
|
Danışıq üzrə qrup xalı xüsusiyyətləri
IELTS-in Danışıq bölməsi dörd xüsusiyyət əsasında qiymətləndirilir:
- Səlislik və uyğunluq (ifadə etdiyiniz məna nə qədər yaxşı başa düşülür)
- Leksik resurs (dildən və frazeoloji birləşmələrdən düzgün istifadə)
- Qrammatik strukturlar və dəqiqlik (istifadə olunan cümlə strukturu növləri)
- Tələffüz (danışığınız nə qədər yaxşı başa düşülür)
Aşağıda qrammatika bölməsinin necə qiymətləndirilməsi ilə bağlı məlumatları tapa bilərsiniz.
Qrup xalı | Qrammatik strukturlar və dəqiqlik |
9 |
|
8 |
|
7 |
|
6 |
|
5 |
|
4 |
|
3 |
|
2 |
|
1 |
|
IELTS-in qiymətləndirilmə qaydası barədə ətraflı məlumatı burada tapın.
IELTS üçün bilməli olduğunuz beş qrammatik əsas
Yuxarıdakı qrup xalı xüsusiyyətlərini oxudunuzsa, fərqli olan bir neçə əsas tələbi görəcəksiniz. İngilis dilinin qrammatikasını ümumilikdə aydın şəkildə başa düşmək yaxşı bir fikir olsa da, IELTS üçün qrammatikanızı mükəmməlləşdirmək məqsədilə fokuslanmaq istəyə biləcəyiniz bir neçə xüsusi sahə var.
1. Cümlə strukturları və formaları
Dörd növ cümlə quruluşu var:
- Sadə cümlələr.
- Tabeli cümlələr.
- Mürəkkəb cümlələr.
- Tabeli-mürəkkəb cümlələr.
IELTS imtahanınızda müxtəlif strukturlardan istifadə etməyi hədəfləməlisiniz, buna görə də onların nə olduğunu və necə işləndiyini başa düşməyinizə əmin olmaq yaxşı bir fikirdir.
2. Söz sırası
Sözləri düzgün sırada yerləşdirmək ingilis dilində biliklərinizdə xeyli fərq yaradacaq.
Burada təlimat var:
- Cümlələr üçün: mübtəda + köməkçi feil + əsas feil + tamamlıq + zaman zərfi
Düzgün versiya: They studied student behaviour for five years.
Yanlış versiya: They for five years studied student behaviour.
- Suallar üçün: köməkçi feil + mübtəda + əsas feil + tamamlıq
Düzgün versiya: Have you studied student behaviour?
Yanlış versiya: You have studied student behaviour?
3. Zamanları bilin
Zaman hərəkətin nə vaxt baş verdiyini bildirir. İngilis dilində üç əsas zaman var: keçmiş, indiki və gələcək. Hər üç zamandan düzgün istifadə etmək bacarığınız IELTS Yazı və Danışıq imtahanlarında nə qədər yaxşı xal toplamağınıza böyük təsir göstərəcək.
- Keçmiş zaman – I took my IELTS test yesterday.
- İndiki zaman – I am taking my IELTS test today.
- Gələcək zaman – I will take my IELTS test tomorrow.
Bundan əlavə, nə vaxt və necə istifadə edildiyinə görə hər zamanın müxtəlif növləri var – onları bildiyinizə əmin olun:
- Hərəkətin indiki zamandan əvvəl baş verdiyini bildirmək üçün sadə keçmiş zaman. Məs.) I studied for my exam yesterday.
- Hərəkətin keçmişdə davam etdiyini bildirmək üçün keçmiş davamedici/proqressiv zaman. Məs.) I was studying for my exam yesterday.
- Hərəkətin keçmişdə tamamlandığını bildirmək üçün keçmiş bitmiş zaman. Məs.) I had studied for my exam yesterday.
- Hərəkətin uzun müddət əvvəl baş verdiyini bildirmək üçün keçmiş bitmiş davamedici zaman. Məs.) I had been studying for my exam.
- Hərəkətin müntəzəm baş verdiyini bildirmək üçün indiki sadə zaman. Məs.) I study for my exam every day.
- Hərəkətin davam etdiyini bildirmək üçün indiki davamedici/proqressiv zaman. Məs.) I am studying for my exam.
- Hərəkətin indiki zamanda tamamlandığını bildirmək üçün indiki bitmiş zaman. Məs.) I have studied for my exam today.
- Hərəkətin keçmişdən indiyə qədərki zaman çərçivəsində baş verdiyini göstərən indiki bitmiş davamedici zaman. Məs.) I have been studying for my exam.
- Hərkətin gələcəkdə baş verəcəyini bildirmək üçün sadə gələcək zaman. Məs.) I will study for my exam.
- Hərəkətin gələcəkdə davam edəcəyini bildirmək üçün gələcək davamedici/proqressiv zaman. Məs.) I will be studying for my exam.
4. Durğu işarəsi
Durğu işarələrinin düzgün istifadəsi Yazı imtahanı üçün xüsusilə vacibdir və cümlənin mənasında çox fərq yarada bilər.
Aşağıdakı kimi ümumi səhvlərdən ehtiyatlı olun:
- Kifayət qədər vergüllərdən istifadə etməmək. Sadalanan elementləri və ya cümlələri ayırmaq üçün vergüllərdən istifadə etməmək mənanı kəskin şəkildə dəyişə bilər.
Düzgün versiya: Susan enjoys cooking, her cat and her dog.
Yanlış versiya: Susan enjoys cooking her cat and her dog.
- Həddindən artıq cümlələrdən istifadə etmək. Lazım olmayan yerlərdə vergül qoymaq cümləni çaşdırıcı edə və başa düşməyi çətinləşdirə bilər.
Düzgün versiya: Susan studied for her exam, then went for a walk to clear her head.
Yanlış versiya: Susan studied, for her exam, then went for a walk, to clear her head.
- "Its/it’s" və "their/they’re".
Mənsubiyyəti bildirdikdə "its" və "their" istifadə edin – məs.) the dog wagged its tail, they studied for their exam.
Bir sözü iki sözlə əvəz edə bildikdə isə "it’s" və ya "they’re" istifadə edin – məs.) it is raining – it’s raining, they are walking – they’re walking.
5. Məchul və məlum növ
Məlum növ birbaşa və cəlbedicidir, məchul növ isə daha rəsmidir. Məlum növ, ümumiyyətlə, nitqdə və ünsiyyətdə daha çox istifadə olunur, məchul növ isə adətən, akademik və ya peşəkar yazı üçün uyğun hesab edilir. Onlardan düzgün istifadə yazı və danışığınızı düzgün yönləndirə bilər.
- Məlum növ: The dog chased the ball.
- Məchul: The ball was chased by the dog.
Yuxarıdakı nümunədə məlum növ daha birbaşa, dəqiq və cəlbedicidir.
- Məlum növ: Susan will present the final results tomorrow.
- Məchul: The final results will be presented tomorrow.
Yuxarıdakı nümunədə məchul növ daha neytral və rəsmidir.
IELTS Yazı bölməsi üçün Qrammatika
IELTS Yazı bölməsində yerinə yetirməli olduğunuz iki tapşırıq var. Tapşırıq 2 tapşırıq 1-dən daha uzundur və iki dəfə daha çox xal verir.
Academic
- Tapşırıq 1 öz sözlərinizlə bir qrafikin, cədvəlin və ya diaqramın təsvirini və ya ümumiləşdirilməsini əhatə edir.
- Tapşırıq 2 fikir, arqument və ya problemi əsaslandırdığınız esse yazmağı əhatə edir.
General Training
- Tapşırıq 1 müəyyən bir vəziyyətlə əlaqəli bir məktub yazmağı əhatə edir.
- Tapşırıq 2 fikir, arqument və ya problemi özünəməxsus tərzdə əsaslandırdığınız esse yazmağı əhatə edir.
IELTS Yazı bölməsi üçün qrammatikanın praktika edilməsi
IELTS Academic və ya the General Training Yazı imtahanları üçün qrammatikanı praktika etməyin ən yaxşı yolu onlayn IELTS praktika testlərini verməkdir. Test başa çatdıqdan sonra yuxarıdakı qrup xalı xüsusiyyətləri ilə cavablarınızı nəzərdən keçirin və hər bir məqamda qrammatikanızı qiymətləndirin.
Qrammatikanızın düzgünlüyünə əmin olmadığınız yerlərin altından xətt çəkin və ya dairəyə alın. Bu, durğu işarələrindən düzgün istifadə etmək və ya cümlələrinizin uzunluğunu dəyişdirmək kimi əlavə öyrənməli olduğunuz qrammatik qaydaları müəyyən etməyə kömək edə bilər. Cavabınızı təkmilləşdirə bilib-biləcəyinizi görmək üçün onu yenidən yazmağa çalışın.
IELTS Danışıq bölməsi üçün Qrammatika
IELTS Danışıq imtahanında müxtəlif sualları cavablandırmaq üçün sertifikatı olan İmtahan götürən şəxs ilə danışılır. Bu imtahanın məzmunu həm IELTS Academic, həm də IELTS General Training imtahanları üçün eynidir.
İmtahanın 1-ci hissəsində İmtahan götürən sizə ev, ailə və maraqlar kimi tanış mövzularda bəzi ümumi suallar verəcək. 2-ci hissədə İmtahan götürən müəyyən bir mövzuda davamlı danışmağınızı istəyəcək, sonra imtahanın 3-cü hissəsində mövzu ilə bağlı əlavə suallar verəcək.
IELTS Danışıq bölməsi üçün qrammatikanın praktika edilməsi
IELTS Danışıq imtahanı üçün qrammatikanızı praktika etməyin ən yaxşı yolu əsasən, özünüzü və/və ya partnyorla söhbəti qeydə alarkən onlayn IELTS praktika testlərini verməkdir.
Səs yazınızı qeydə ala bilsəniz, cavablarınızı nəzərdən keçirin və nə vaxt və harada tərəddüd etdiyinizi və ya yanlış səslənən bir şey söylədiyinizi qeyd edin. Qrammatikanızı dinləməklə ifadənin niyə səhv səsləndiyini müəyyən edə bilib-bilmədiyinizə baxın. Danışıq səs yazınızı qeydə ala bilmirsinizsə, sonra nəzərdən keçirmək üçün başqa şəxsin qeyd aparmasını xahiş edin.
Qrammatikada harada səhv etdiyinizi müəyyən edə bilsəniz, bu sahədə bacarıqlarınızı təkmilləşdirmək üçün praktika etməyə davam edə bilərsiniz.
IELTS Dinləmə və Oxuma bölmələri üçün Qrammatika
IELTS Dinləmə bölməsində dörd qeydəalmanı dinləyəcək, sonra bir sıra suallara cavab verəcəksiniz. IELTS Oxuma bölməsində üç fərqli mətni oxuyacaq və suallara cavab verəcəksiniz. Dinləmə bölməsinin məzmunu həm IELTS Academic, həm də IELTS General Training imtahanları üçün eynidir, lakin Oxuma bölməsinin məzmunu fərqlənəcək.
IELTS Dinləmə və Oxuma bölmələri üçün qrammatikanın praktika edilməsi
IELTS Dinləmə və Oxuma bölmələrində qrammatikanın ən vacib elementi anlamadır. Mətn və qeydəalmalarda qrammatikanın böyük təsiri olan məna nüanslarını anlamalısınız.
Yazı və Danışıq bölmələrində olduğu kimi Dinləmə və Oxuma bölmələrində də praktika etməyin ən yaxşı yolu IELTS praktika testlərini etməkdir. Bununla birlikdə, ingilis dili daşıyıcılarının məzmunu və mediası ilə tanış olaraq dinləmə və oxuma bacarıqlarınızı da praktika edə bilərsiniz.
Oxumaq üçün bəzi praktiki üsullara daxildir:
- İngilis dilində audiokitabları, radio proqramlarını və ya podkastları dinləmək
- İngilis dlində xəbərlərə və ya jurnallara abunə olmaq
- İngilis dilində kitablar oxumaq
Academic imtahan versəniz, akademik səviyyədə oxuma materialları axtarmağı yadda saxlayın.