Tələbələrinizin ingilis dilində daha effektiv və təbii danışmalarını təmin edin və TBT-də (Tədris Bilikləri Testi) maksimum potensialınızı reallaşdırın.

İngilis dilinin tədrisi üzrə TBT Əsasları bizim onlayn kurslarımızdan biridir. Siz dünyanın istənilən yerindən bizim təlim məşğələlərimizə qoşula bilərsiniz.

Bizim mütəxəssis müəllimlərimiz böyük tədris təcrübəsinə malikdirlər və kursun hər bir mərhələsində sizi yönləndirəcəklər. Beləliklə, siz inkişaf etmək üçün sizə lazım olan təlimatları və rəyi əldə edəcəksiniz.

Əgər siz yeni müəllimsinizsə və ya işə başlamazdan əvvəl təlim keçirsinizsə, kommunikativ dil tədrisinin əsas aspektlərini öyrənəcəksiniz.

Daha təcrübəli müəllimlərin biliklərinin yenilənməsi üçün kurs mükəmməldir.

BU KURSDA DÜNYANIN APARICI İNGİLİS DİLİ MÜTƏXƏSSİSLƏRİNDƏN DƏRS ALIN VƏ :

  • Dərslərdə kommunikativ yanaşmadan daha inamla istifadə edin.
  • British Council-ın yüksək ixtisaslı və təcrübəli müəllimlərindən öyrənin.
  • Bütün dünyadan olan müəllimlərimizlə tanış olun və fikirlərinizi bölüşün.
  • TBT testində maksimum potensiala nail olun.

Deyə bilərəm ki, müəllimlik bacarıqlarımda böyük dəyişiklik baş vermişdir. Xüsusən də, fərqli öyrənmə tərzləri olan tələbələrlə işləmə bacarıqlarım təkmilləşb."