Dünyanın ingilis dili mütəxəssisləri ilə öz karyera perspektivlərinizi inkişaf etdirin və Britaniyadan təqdim edilən ingilis dilinin tədrisi üzrə beynəlxalq miqyasda tanınan təkmilləşmə imkanlarını kəşf edin.

İDT MD British Council tərəfindən Sauthempton universiteti ilə birlikdə işlənib hazırlanmışdır və tam onlayn kursdur. Bu kursda sizə sərfəli və rahat öyrənmə imkanı təklif edilir. Kursun müddəti 2,5 ildir və təcrübəli ingilis dili müəllimləri üçün nəzərdə tutulur.

Tətbiqi linqvistika və dil tədrisi sahəsində mövcud nəzəriyyə və praktikanı əhatə edən bu kurs sayəsində siz ingilis dili kurikulumu, pedaqogika və qiymətləndirmə kimi aspektlər üzrə təkmilləşmiş bilik və bacarıqlara yiyələnəcəksiniz.

BU KURSDA İŞTİRAK EDİN VƏ:

  • Sauthempton universitetinin beynəlxalq miqyasda tanınan müəllimləri ilə onlayn müzakirələrdə iştirak edin.
  • İnteraktiv multimedia kurs materialları, o cümlədən mühazirə və podkastların köməyilə öyrənin.
  • Universitetin kitabxanasına, həmçinin elektron kitab və jurnallara onlayn çıxış əldə edin.
  • İDT üzrə liderlik vəzifələrini yerinə yetirə bilmək üçün bilik və bacarıqlara yiyələnin.

…bacarıqlarımı inkişaf etdirməyə yardım edən çox maraqlı və həyəcanverici bir təcrübə oldu … mənim üçün əsas üstünlüyü odur ki, evdə öyrənə bilirəm və işimi davam etdirirəm.”

 

 

 

 

 

Nat, İDT MD məzunu, 2014