Müasir iş dünyasında uğur qazanmaq üçün sadəcə formal təhsil kifayət etmir. Buna görə də biz FutureLearn ilə əməkdaşlıq edərək sizə Birləşmiş Krallığın ən yaxşı universitetləri tərəfindən hazırlanmış kurslara ödənişsiz şəkildə qoşulma imkanı veririk.

Yüzdən artıq kursdan birindən qeydiyyatdan keçərək siz, Birləşmiş Krallıq universiteti təhsili alacaq və əməyinizin tanınınması üçün sonda dijital sertifikat əldə edəcəksiniz. Proqramın tərkib hissəsi olaraq siz:

  • kurslara limitsiz çıxış əldə edəcəksiniz
  • kursu öz vaxtınıza uyğun götürə biləcəksiniz
  • materiallara istədiyiniz zaman baxa biləcəksiniz.

NECƏ MÜRACİƏT ETMƏLİ

Qeydiyyatdan keçmək üçün FutureLearn platformasına daxil olun və kurslardan birini seçin. Ödənişsiz şəkildə qoşulmaq üçün 16 yanvaradək qeydiyyatdan keçin.