Azərbaycanda məzunların nailiyyətlərini qeyd edirik

Qabaqcıl şəxslər Birləşmiş Krallıqda dünya standartlarına uyğun təhsil aldıqda, bunun nəticəsi uzumüddətli ola bilər. Məzun Mükafatları (Alumni Awards) Birləşmiş Krallığın ali təhsil müəssisələrindən məzun olmuş şəxslərin seçdikləri sahələrdə gördükləri işləri və onların Birləşmiş Krallıqda aldıqları təhsilin bu işlərə göstərdiyi təsiri qiymətləndirir.

Üç mükafat kateqoriyası mövcuddur: Peşəkar Nailiyyət, Sahibkarlıq və Sosial Təsir.

  • Peşəkar Nailiyyət Mükafatı fəaliyyət göstərdikləri peşə sahəsində nümunəvi liderlik və qazandığı uğurlarla həmin və ya digər sahələr üzrə müsbət təsiri yaratmış şəxslərə şamil olunur.
  • Sahibkarlıq Mükafatı innovativ və yaradıcı ideyalara sahib, eləcə də güclü inkişaf potensialı yaradacaq biznes imkanlarını irəli sürmək və ya onları dəstəkləmək baxımından fəal olan Birləşmiş Krallıq məzunlarını üçündür. 
  • Sosial Təsir Mükafatı cəmiyyətə müstəsna və müsbət töhfələr vermiş, eləcə də digər insanların həyat səviyyəsini yaxşılaşdırmaq üçün xidmət göstərmiş məzunlara verilir.

Əlavə olaraq, Azərbaycanlı məzunlar Birləşmiş Krallığın Azərbaycandakı səfirinin xüsusi mükafatı ilə təltif olunmaq şansı qazanacaqlar.

Seçim prosesi və qiymətləndirmə meyarları haqqında daha ətraflı məlumat əldə etmək üçün "Study UK" (Birləşmiş Krallıqda təhsil al) səhifəsinə keçin.

Qaliblər 11 dekabr 2018-ci il tarixində keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək.

Əgər Birləşmiş Krallıq universitetlərinin birindən məzunusunuzsa və işinizin cəmiyyətə verdiyi müsbət dəyişikliklərdən dünyanın xəbər tutmağını istəyirsinizsə, Alumni Awards mükafat proqramına müraciət hələ də açıqdır. Sizin hekayənizi eşitməyi səbirsizliklə gözləyirik!