Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 11 universitetdə yaradılmış “SABAH” qruplarından 5-də ingilis dilinin tədrisi British Council-a həvalə edilmişdir.

SABAH ali təhsildə tədris keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır. 

Hazırda 700-dən artıq uğurlu nəticə göstərən tələbə 17 British Council təlimçiləri tərəfindən keçirilən ingilis dili kurslarından bəhrələnirlər. Dərslər innovativ metodologiya və interaktiv üsullarla həyata keçirilir.  

British Council tərəfindən ingilis dilinin tədris olunduğu universitetlər aşağıdakılardır:

  1. Bakı Dövlət Universiteti
  2. Azərbaycan Dövlət İqtisad Universiteti
  3. Azərbaycan Dövlət Texniki Universiteti
  4. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti
  5. Azərbaycan Dövlət Neft Akademiyası

Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.