Bədbəxt sevgililər şair, yazıçı və illüstrator Laura Dokrilin "Romeo və Cülyetta"ya müasir baxışıdır.

Film küləkli bir ingilis çimərliyində çəkilib. Filmdə iki hörmətli ailə dondurmaya görə bir-biri ilə müharibə aparır.

Həqiqi məhəbbət qalib gələcək, yoxsa dondurma?

Şekspir Yaşayır film kolleksiyası haqqında

Bu il British Council "Şeskpir Yaşayır - 2016" proqramının tərkib hissəsi kimi Şekspirin əsərlərinə əsaslanan və onlardan ilhamlanmış filmlər seriyası sifariş edib. "Şekspir Yaşayır" Şekspirin vəfatının 400 illiyi ilə əlaqədar dramaturqun yaradıcılığına və onun mədəniyyət, təhsil və cəmiyyətə təsirinə həsr edilmiş misli görünməmiş qlobal tədbirlər proqramıdır.

Əlaqəli linklar