Britaniyanın yaradıcılıq sahəsinin ən yaxşılarını nümayiş etdirən British Council və GREAT campaign Şekspirin əsərlərinə əsaslanan və onlardan ilhamlanmış qısametrajlı filmlər seriyasından ilk filmi böyük qürurla təqdim edir.

SBTV-nin Eyez, Mic Righteous, Maverick Sabre, Nolay, Nego True və Harry Love kimi yaradıcı adamların iştirakı ilə çəkilmiş "On ikinci gecə" filmi 5 yanvar tarixində çıxır. Onlar Şekspirin eyniadlı pyesindən ilham alaraq mahnılara yeni sözlər yazıb. Prodüser Harri Lavın orijinal ritmlərini və Qlobus Sem Vanameyker teatrında çəkilişləri özündə birləşdirən film Şekspiri tamaşaçılara müasir üslubda təqdim edir.

SBTV-də əməkdaşlıq çox vacibdir. O, cəmiyyətin müxtəlif təbəqələrindən olan yaradıcı adamları bir araya gətirir və hər kəsin norma hesab etdiyi şeylərə qarşı gəlir. Şekspirin pyesləri danışdığımız dilə və həzz aldığımız film və əyləncə vasitələrinə hələ də çox böyük mədəni təsirə malikdir. Digər tərəfdən, yeni nəsillərin həmin dili başa düşməsi çox vaxt çətin olur. Bu səbəbdən də, gənc nəslin dil baryerini aşmasına kömək etmək və onları maarifləndirmək məqsədilə biz Şekspirin ən məşhur pyeslərindən biri olan On ikinci gecə"ni daha da maraqlı etmək üçün bir neçə müasir şairi bir araya gətirmişik. İzləyin və zövq alın!" - Camal Edvards

Əlaqəli linklar