Mix the Play - Romeo və Cülyetta

Öz Romeo və Cülyetta videonuzu yaradın

Şekspirin ən çox sevilən pyeslərindən olan Romeo və Cülyetta səhnəsinə rejissorluq edin. Video nümunələri və effektlərdən istifadə etməklə aktyorlar, quruluş və musiqi seçimini özünüz edin.

Mix the Play British Council və məşhur rejissor Roysten Abel tərəfindən yaradılmış interaktiv video platformadır.

Platforma çox intuitivdir və sosial mediada yaratdığınız videoları bölüşə bilərsiniz. Rejissorluq sahəsində biliklərə sahib olmaq tələb olunmur.      

Öz tamaşanızı yaradın və Şekspirin əsərini yeni formada səhnələşdirin. 

Mix the Play-in səhnə arxası