"Yay Gecəsi Yuxusu" tamaşasının özünüzə məxsus versiyasını səhnələndirin

"Mix the Play" British Council və "Old Vic Theatre" ilə əməkdaşlıq edən interaktiv platformadır.  

Sizi Şekspirin sevimli tamaşalarından birin olan "Yay Gecəsi Yuxusu"ndan səhnə yaratmağa dəvət edirik. Film nümunələri və effeklərdən istifadə edərək müxtəif növ elementlərə- aktyorlar, kostyumlar, aktyorluq stilləri və musiqiyə nəzarət edə bilərsiniz.

Platforma sadə və intuitivdir və yaradılmış məhsulları sosial şəbəkələrdə paylaşmaq üçün çox əlverişlidir.  İdarə etmək üçün xüsusi biliyə sahib olmağa ehtiyac yoxdur.