Şekspirin əsərlərinin müasir ekranlaşdırmaları seriyamızın üçüncü filmi "Yuliy Sezar" pyesinin İkinci Pərdə, Birinci Aktının adaptasiyasıdır. Bu fraqment Yuliy Sezara sui-qəsd hazırlayan Brut və onun əlbirlərindən bəhs edir. 

Filmin rejissoru Pedro Martin-Kalerodur. Brut rolunu Mark Stenli ("Taxt-tac oyunu" və "Dikkensian"dakı rolları ilə məşhurdur), Yuliy Sezar rolunu isə Toni Osoba ifa edir. Film Xarici İşlər və Birlik İşləri üzrə Nazirliyin xəzinəsində və digər yerlərində çəkilib. Brutun oturduğu parlaq mərmərli döşəməyə malik yer nazirliyin Durbar-kort adlanan daxili həyətidir.

Şekspir Yaşayır film kolleksiyası haqqında

Bu il British Council "Şeskpir Yaşayır - 2016" proqramının tərkib hissəsi kimi Şekspirin əsərlərinə əsaslanan və onlardan ilhamlanmış filmlər seriyası sifariş edib. "Şekspir Yaşayır" Şekspirin vəfatının 400 illiyi ilə əlaqədar dramaturqun yaradıcılığına və onun mədəniyyət, təhsil və cəmiyyətə təsirinə həsr edilmiş misli görünməmiş qlobal tədbirlər proqramıdır.

Əlaqəli linklar