Şekspir Yaşayır nədir?

Şekspir Yaşayır dünyanın ən məşhur dramaturqunun vəfatının 2016-cı ilə təsadüf edən 400-cü ildönümü ilə əlaqədar onun həyat və yaradıcılığına həsr edilmiş qlobal tədbirlər proqramıdır.

Proqram bir çox tədbirləri, o cümlədən innovasiya teatrları və rəqs tamaşaları, film nümayişləri, dünyanın hər yerində keçirilən incəsənət sərgiləri və ingilis dilini öyrənənlər üçün tədris resurslarını əhatə edəcək.

Mən necə iştirak edə bilərəm?

Tədbirin əsas hadisəsi dünyanın müxtəlif yerlərindən olan adamları Şekspirin pyeslərindən olan səhnələrlə özlərini ifadə etməyə dəvət edən kütləvi layihədir. Bu layihənin kulminasiya nöqtəsi Şekspirin əsərlərinin rəqəmsal təqdimatının hazırlanması olacaq. 

Şekspir Yaşayır internet səhifəsində "Şekspir Yaşayır" tədbirləri və seminarlarında iştirak etmək üçün bir çox başqa imkanlar da tapa bilərsiniz.

Proqramda iştirak etmək üçün Twitter-də #ShakespeareLives heşteqini izləyin.

Əlaqəli linklar