By British Council in Azerbaijan

18 Fevral 2021 - 12:29

Uğur hekayəsi - Gülnarə Mirişli
Müxtəlif təlimlər sayəsində üzləşəcəyim bütün çətinliklərin öhdəsindən şübhəsiz, inamla gələcəyimə inanıram.

Bakıda yerləşən Resurs və Təlim Mərkəzlərimizdən birində müəllimə kimi fəaliyyət göstərən Gülnarə öz uğur hekəyəsini bizimlə bölüşdü.

Hər kəsin həyatında yaddaqalan bir gün vardır və mənim üçün belə günlərdən biri iki bundan əvvəl Edinburq Kollecində British Council'ın təşkilatçılığı ilə Tədris Metodologiyası və Peşəkar İnkişaf təlimində iştirak etmək imkanı əldə etdiyimi öyrəndiyim gün idi. Mən bu şansı Aptis imtahanından müvəffəqiyyətlə keçdiyim üçün qazandım və bu uğur mənim həyatıma yeni bir rəng əlavə etdi. Bu uğur sayəsində mən 62 saylı məktəbin bütün lazımlı təlim və tədris vəsaitlərilə təchiz olunmuş Resurs və Təlim Mərkəzində müəllim kimi fəaliyyətə başladım. Burada öz təcrübəmi həmkarlarımla bölüşmək və dörd təməl dil bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlərdən mənimsədiyim bilikləri tədrisdə tətbiq etmək imkanı əldə etdim.

Əzm və iradə ilə

Eyni zamanda, British Council tərəfindən təşkil edilən Müəllimlər üçün Fəaliyyət Qruplarıİngilis Dili Bilikləri - Dialoqun Qurulması, Debat və Danışıqların Aparılması kimi digər təlimlərin də iştirakçısı olmuşam. 2019-cu ildə klubumuzun üzvləri Resurs və Təlim Mərkəzləri arasında keçirilən müsabiqədə iştirak etdilər. Müsabiqə British Council və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən ortaq layihə idi və klubumuzun iki üzvü qətiyyət və cəsarətlə müvafiq olaraq ikinci və üçüncü yerlərin sahibi oldular. Tədbir nitqin axıcılığının inkişafı və iştirakçıların informasiya, texnologiya, ünsiyyət bacarıqlarının artırılmasına yönəldilmişdi. 

'Resurs və Təlim Mərkəzləri Təlim Sessiyaları, dil biliklərimin inkişaf etməsi, özümə inamımın artması, peşəkar bacarıqlarımın təkmilləşməsi üçün zəmin yaratdı və müəllimlik peşəsinin üstünlüyünü mənə bir daha xatırlatdı.'

Dilin birləşdirici gücü

Hal-hazırda İngilis Dili Klubumuzda 150-dən çox şagird vardır. Biz mütəmadi olaraq yerli gəzməli yerlərə turlar təşkil etməklə və xüsusi qətiyyət, cəsarət, çalışqanlıq göstərən şagirdləri mükafatlandırmaqla, klubumuzda həvəsləndirici ləyihələr təşkil edirik. Yalnız şagirdlər deyil məktəbimizdə digər fənnlərin tədirisilə məşğul olan pedaqoqlarımız da İngilis Dili Klubumuz daxilində keçirilən fəaliyyətlərdə aktivdirlər. Ötən il layihəmizin bir hissəsi kimi müəllimlərimizin də iştirakı ilə dünyaca məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsəri 'Arşın Mal Alan' operettasını səhnələşdirdik. Operetta müəllimlərimiz tərəfindən müvəffəqiyyətlə müəllimlərimiz tərədindən ifa olundu, hətta məktəb rəhbərimiz də əsərin canlandırılmasında öz töhvəsini verdi. British Council'ın ölkə üzrə rəhbəri, cənab Samr Şah da tədbirə dəvətli idi. Səylərimiz öz bəhrəsini verdi, ifamız izləyicilər tərəfindən çox bəyənildi və bizi alqış atəşinə tutdular. İngilis Dili Klubu sayəsində şagirdlər özlərini xoşbəxt və inamlı hiss edirlər.

Sonda, peşəkar karyeram və mənim üçün xüsusi əhəmiyyət kəsb edən Tədris Bilik və Bacarıqları üzrə İmtahanın (TKT) vacibliyini vurğulamaq istərdim. Bu imkanı yaratdığı üçün British Council'a çox minnətdaram. Müxtəlif təlimlər sayəsində üzləşəcəyim bütün çətinliklərin öhdəsindən şübhəsiz, inamla gələcəyimə inanıram. Ümid edirəm bu kimi təlimlərdə yenidən iştiak etməklə tədris bacarıqlarımı gələcəkdə daha da inkişaf etdirəcəyəm. 

Find out more