Birləşmiş Krallıq Hökuməti akademik təhsilə deyil, peşə təhsilinə üstünlük verən gənclər üçün alternativ təhsil imkanı olaraq T səviyyələrini təklif etməyi planlaşdırır. Kolleclər Assosiasiyasının Siyasət üzrə Baş Meneceri Ketrin Sezen yeni proqramın üstünlüklərini izah edir. O, eyni zamanda bir sıra çətinlikləri də şərh edir.

2020-ci ildən başlayaraq, İngiltərə mühəndislik kimi texniki səviyyəli işlərdəki bacarıq əskikliklərini aradan qaldırmaq məqsədilə texniki təhsil üçün yeni Bacarıqlar Planı təqdim edəcək. 

Yeni Bacarıqlar Planının məqsədi 16 yaşından yuxarı tələbələrə işə aparan aydın yol göstərməkdən ibarətdir. Plan məşğuliyyətlərin 11-i əsasən kollec və təlim təşkilatçıları ilə əlaqədar olan, 4-ü isə işə əsaslanan təlim vasitəsilə təmin edilən 15 istiqaməti əhatə edir. Bu istiqamətlərin hər biri ümumi proqrama malik olan geniş yollara ayrılacaq və onlar üç aya qədər davam edən və 3-cü səviyyədə Texniki Səviyyəli İxtisaslaşmanın (T səviyyəsinin) (təxminən bakalavr dərəcəsinin A səviyyəsi) əldə edilməsi ilə nəticələnən sahə üzrə təyinatı əhatə edən ixtisaslaşma ili ilə müşayiət olunacaq. İllik tədris saatları 600-dən 900-ə qədər artırılacaq. Tələbələr T səviyyələrini tamamladıqdan sonra seçmək istədikləri məşğuliyyətdən asılı olaraq işləməyə, daha yüksək istehsalat təcrübəsinə və ya ali təhsil almağa başlaya bilərlər. 

Biz Kolleclər Assosiasiyasında Bacarıqlar Planının bütün məqsədlərini geniş şəkildə dəstəkləyirik. Bacarıqlar profilinə əlavələr etməyə və onu inkişaf etdirməyə imkan verilir. Hərtərəfli, obyektiv karyera təlimatı zəruri olsa da, əsas maraqlı tərəflərin (tələbələr, valideynlər və işəgötürənlər) müəyyən məşğuliyyətə aparan ən yaxşı yoldan xəbərdar olmasının təmin edilməsi ancaq faydalı ola bilər.

Ancaq müəyyən suallar mövcuddur. Hökumət texniki təhsil konsepsiyasını necə təbliğ edəcək? Texniki təhsilin hər kəs tərəfindən qəbul olunan akademik istiqamət kimi nüfuzlu hesab edilməsi üçün böyük mədəni çevriliş olmalıdır. Hökumət buna nail olmağa başlamağın bir yolu kimi T səviyyələri üçün əlavə maliyyə ayrılacağını elan edib, ancaq bu, kifayət edəcəkmi? 

Əlavə maliyyə və saatların bir hissəsi sahə üzrə təyinatlar üçün ayrılacaq. Hazırda tələbələr iki həftəlik iş təcrübəsi keçir. Məşğuliyyət üçün spesifik təyinatlarla əlaqədar daha çox işəgötürənin təyinat təklif etməsi tələb olunur. Daha çox təyinat üçün isə onların daha geniş təhsil planına uyğunlaşması nəzərə alınmaqla işəgötürənlər və tələbələr üçün məqsədyönlü olmalarının təmin edilməsi məqsədilə daha çox planlama tələb olunacaq. Hökumət kolleclərin potensiallarını inkişaf etdirmə fəaliyyətlərini və pilot təyinatlarını dəstəkləmək üçün investisiya qoyur, ancaq bu, həm kolleclər, həm də işəgötürənlər üçün təhsil təcrübəsində böyük çevrilişin baş verməsi deməkdir.

Növbəti suallar T səviyyəsinə başlamağa hazır olmayan tələbələrlə, yəni əksər kolleclər üçün 16-18 yaşlı tələbələrin, demək olar ki, yarısı ilə əlaqədardır. Plan ondan ibarətdir ki, onlar lazımi giriş tələblərini ödəmək istiqamətində çalışmalarına kömək məqsədilə keçid proqramına cəlb edilə bilər. Xüsusi təhsil ehtiyaclarına malik tələbələr üçün bu proqram bir ildən çox davam edə bilər və ən münasib hədəf dəstəklənən iş və ya müstəqil yaşamaq ola bilər. Ancaq bu günə qədər olan təfərrüatlar göstərir ki, bu proqram mövcud illik 600 saat üçün maliyyələşdiriləcək və bu gənclər iş və ali təhsildən hələ çox uzaqdır.

Eyni zamanda, xüsusilə də, idman və ifaçılıq sənətləri kimi texniki istiqaməti olmayan, ancaq çox sayda iş imkanı olan mövcud ixtisaslaşmaların rolu ilə əlaqədar suallar da qalmaqdadır.

Bacarıqlar Planı və T səviyyələri digər şimali Avropa ölkələrindəki texniki təhsil sistemləri üzərində geniş şəkildə modelləşdirilib və bu ölkələrdə gənclər üçün nəticələr əldə olunub. Ümid edək ki, eyni effekt burada da əldə olunsun.

Əlaqəli linklar