Şimali İrlandiyada yerləşən Belfast Metropolitan Kollecinin işəgötürənlərlə yaradılmış təşəbbüs proqramları üzrə böyük tarixçəsi var. Burada Qlen MakMahon maliyyə və kommersiya üzrə böyük konsaltinq şirkəti Deloitte ilə təcrübəni misal göstərməklə müvəffəqiyyətlə həyata keçirilmiş Zəmanətli Tədris proqramını təsvir edir.

Zəmanətli Akademiya proqramı Şimali İrlandiya İqtisadiyyat Departamenti və Invest Northern Ireland-in birgə təşəbbüsüdür. 2010-cu ildə başlamış proqram cəmi 5371 iş yeri təmin edib. Bütün işlər əldə olunduqdan sonra Şimali İrlandiyanın iqtisadiyyatına əlavə 141 milyon £ qazandırılacaq. 

Proqramın məqsədi potensial investor və mövcud işəgötürənləri inandırmaqdan ibarətdir ki, böyüməkdə olan biznesi dəstəkləmək üçün zəruri olan bacarıqlara malik  kadrları Şimali İrlandiyada da əldə e bilərlər. 

Şirkət və ya şirkətlər konsorsiumunun müəyyən bacarıq ehtiyaclarının olduğu Zəmanətli Bacarıqlar "Tədris Modeli" çərçivəsində Şimali İrlandiya İqtisadiyyat Departamenti bu ehtiyacları ödəmək üçün İqtisadi İnkişaf Mərkəzi və Sosial İnteqrasiya Komandası (CEDSI) tərəfindən keçiriləcək fərdi qısamüddətli təlim proqramının təşkil edilməsinin maliyyələşdirilməsini nəzərdə tutacaq. Bu, adətən Sosial İnteqrasiya Komandası tərəfindən təşkil edilib keçirilən səkkiz - on həftəlik razılaşdırılmış məşğulluğa hazırlıq təlim proqramını əhatə edir. Proqramın məzmunu mövcud imkanlar üçün tələb olunan dəqiq bacarıqların aşılandığı namizədlər təmin etmək, istehsalat sahələrinin ehtiyaclarının ödənməsi üçün təhsil planını zənginləşdirməklə şirkətlər üçün işə qəbul etmə riskini azaltmaq məqsədilə yaradılıb.

BU GÜNƏ QƏDƏR BELFAST MET:

  • 30-dan artıq şirkətlə işləyib.
  • 800-dən artıq tələbəni işlə təmin edib.
  • proqramı keçmiş tələbələrin orta əmək haqqının 21000 £ olduğunu göstərib. 

ƏHATƏ OLUNMUŞ SAHƏLƏRƏ DAXİLDİR:

  • Məlumatların analitikası
  • 2D animasiya
  • Proqram təminatlarının yaradılması, mühəndislik və testləşdirmə
  • Oyunların yaradılması
  • Fintech
  • İnsan kapitalı
  • Kiber təhlükəsizlik
  • Bulud texnologiyaları

Deloitte və Belfast Met

Yaradılan proqrama misal olaraq maliyyə və kommersiya üzrə böyük konsaltinq şirkəti Deloitte ilə keçirilən proqramı göstərmək olar. Şirkətlə iyirmi məzun yaranmaqda olan robot texnikası ilə proseslərin avtomatlaşdırılması və verilənlərin vizualizasiyası sahələrində karyeralarına başlayıb.

Kollecin ilk Robot Texnikası ilə Avtomatlaşdırma və Verilənlərin Vizualizasiyası Tədrisi məşğulluğa hazırlıq təlim proqramını müvəffəqiyyətlə tamamlayan məzunlar Deloitte tərəfindən müsahibədən keçirilib və şirkətə işə götürülüb.

Deloitte-nin kollecdə keçirilən və Şimali İrlandiya İqtisadiyyat Departamenti tərəfindən maliyyələşdirilən 11 həftəlik Robot Texnikası ilə əlaqədar Zəmanətli Bacarıqların Tədrisi kursu istənilən istiqamət üzrə dərəcəyə malik olan məzunlara bu innovativ və müasir sahələrdə karyera qurmaq imkanının təklif edilməsi məqsədilə təşkil olunub. O, məzunların məşğulluq imkanlarını artırmaq üçün lazım olan bacarıqlara yiyələnməsinə kömək edir və eyni zamanda şirkətlərin potensial məhsuldarlıq və inkişafını artırır. 

Deloitte təşkilatının baş meneceri Kolin Munstepen bildirib ki: "Deloitte təşkilatının Şimali İrlandiyadakı ambisiyalı inkişaf planlarının əsasını yeni texnologiyalar sahəsində ön sıralarda olan insanların fəaliyyətimizə cəlb edilməsi təşkil edir. Xüsusən, robot texnologiyası və verilənlərin vizualizasiyası ilə əlaqədar bacarıqlara ehtiyac olan müəyyən böyük imkanlarımız mövcuddur və bu sahələr ətrafında sifarişli tədris təşkil etmişik. Bu bacarıqlara sahib komandalar yaratmaq həyəcanlandırıcı məqamdır və bizə qoşulub, bizimlə birlikdə mükəmməl karyera quracaq şəxslərin axtarışındayıq".

Deloitte məzunların bu sahədə əsas bacarıqlara yiyələnməsinə kömək etmək məqsədilə Transformasiya, Maliyyə və Texnologiya, eləcə də Bulud Texnologiyaları sahələrində gələcək tədris işləri ilə əlaqədar İqtisadiyyat Departamenti ilə tərəfdaşlıq edir. Bu məşğulluğa hazırlıq üçün bacarıqların tədrisi proqramını müvəffəqiyyətlə tamamladıqdan sonra namizədlərə Deloitte tərəfindən iş müsahibəsi təklif olunur. 

Əlaqəli linklar